Günü gündən inkişaf edən tibb elmi bəzən xəstəliklər qarşısında acız qalır. o xəstəliklərdən biri də Dağınıq Sklerozdur
Dünyada 2.5 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da bu xəstəliyin daşıyıcıları var. İsti iqlimə malik ölkələrdə, məsələn, Hindistan, Yaponiyada bu xəstəliyə az, rütubətli iqlimi olan ölkələrdə – İngiltərə, Kanada, ABŞ-da – isə daha çox təsadüf edilir. Dağınıq skleroz sinir sisteminin xroniki xəstəliklərindəndir. Bəzən buna “çoxlu skleroz”, bəzən də məşhur fransız nevropatoloqu Şarkonun söylədiyi kimi, “düyünlər sklerozu” da deyilir.
“Patoloji-anatomik olaraq xəstəliyin başlanğıcında sinir liflərinin mielin qişası pozulur. Dağılmış mielin qişa əvəzinə yeni mielin bərpa olduqda pozulmuş funksiyalar da bərpa olur. Bununla da dağınıq sklerozun remissiyalarla cərəyan etməsi aydınlaşır. Get-gedə proses oxlu silindrə keçib onun funksiyasını tamamilə pozur. Həmin yer tədricən sərtləşir, burada boz-çəhrayı, yaxud boz rəngli düyünlər əmələ gəlir. Həmin düyünlər ən çox onurğa beyninin ağ maddəsi və beyincikdə yerləşir. Bəzən bu düyünlər mərkəzi sinir sisteminin digər nahiyələrində də tapıla bilər”.
Görmə zəifləyir, amma göz dibində dəyişiklik tapılmır
xəstəliyin başlanğıcında xəstənin görmə qabiliyyəti zəifləyir. Bu zaman, demək olar ki, göz dibində dəyişiklik tapılmır. Müəyyən vaxt keçdikdən sonra görmə məməciyinin gicgah tərəflərdən solduğu aşkar edilir, bu isə gələcəkdə görmə sinirinin atrofiyasına səbəb olur:
Bəzi hallarda xəstəlik nisbətən yüngül keçir, müalicəyə tabe olur. Dəqiq diaqnoz qoyulduqda, lazımi müalicə kursu təyin edildikdə xəstə uzun illər normal həyatına davam edir. Ancaq bəzi hallarda xəstəlik sürətlə inkişaf edir və bir neçə ilə xəstənin əmək qabiliyyəti itir. Xəstənin qidası vitaminlərlə zəngin və yüksək keyfiyyətli olmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin ilk bəndinə əsasən, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını nəzərdə tutur, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Orqanik.az