Xolesterol orqanizm üçün yararlı maddədir, amma normadan artıq oduqda bəzi patologiyalara səbəb olur. Normadan atrıq xolesterol damar divarını daraltdığına görə ilk növbədə urək-qan-damar sistemi xəstəliklərinə yol açır. Hesablamalara görə hər 10 adamdan 6-sı müxtəlif səbəblərdən xolesteroldan əziyyət çəkir. Qanda xolesterolun əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir:
– alkohol qəbulu
– şəkər xəstəliyi
– siqaret
– artıq çəki
– böyrək xəstəlikləri.
Qanda xolesterolun səviyyəsini azaltmaq üçün müxtəlif kimyəvi və sintetik dərmanlardan istifadə edilir. Bəzi bitki və qida maddələri də vardır ki, onlar vasitəsilə də xolesterolun miqdarını normaya salmaq olur.
* Sarımsaq xolesterolu aşağı salmaqla yanaşı, qan damarlarının divarını təmizləyir və ürək xəstəlikləri riskini aradan qaldırır.
Bunun üçün 4 diş sarımsaq, gün ərzində 1 diş olmaqla 4 dəfəyə yeyilir.
* Çörəkotu xolesterolu aşağı salmaqla yanaşı, qanda eritrositlərin çökməsini normallaşdırır. Bu səbədən də qanın damarlarda sağlam axınını təmin edir, ürəyə rahatlıq verir.
Bunun üçün gündə 1 dəfə 15 qram çörəkotu yeməkdən əvvəl az miqdar su ilə yeyilir.
* Ənginar yarpağı xolesterolu azaltmaqla qara ciyəri artıq piylərdən təmizləyir.
Bunun üçün 1 çay qaşığı ənginar yarpağı stəkana tökülür, üzərinə 150 ml qaynar su əlavə edilib, 10 dəqiqə dəmlənir və yeməkdən əvvəl içilir.
* Sarı və qara qarnıyarıq otunun toxumlarının dəmləməsi bağırsaqların fəaliyyətini artıraraq qanda xolesterolu aşağı salır.
Bunun üçün yeməkdən əvvəl 1 xörək qaşığı toxum 1 stəkan su ilə içilir və ya 1 çay qaşığı toxum 1 stəkan qaynar suda dəmlənib içilir.
Yuxarıda adları çəkilən bitki müalicəsinə kömək məqsədilə xolesterolunu azaltmaq istəyən şəxs spirtli içki qəbulu dayandırılmalı, duru yağlardan istifadə etməli, gündə ən azı 1 saat piyada gəzməlidir.
Orqanik.az