Akasya çayının faydaları

Akasya çayı dünyanın bir çox ölkələrində fitoterapiya məqsədilə istifadə edilən çaylardan biridir. Akasya çayı müalicəvi xüsusiyyətləri ilə yanaşı xüsusi dada malik ətirli çaydır. Akasya çiçəyinin özünəməxsus ətri çaya xüsusi dad verir. Akasyanın bir neçə növü vardır. Müalicə məqsədilə əsasən ağ akasya çiçəklərindən istifadə edilir.
Akasya çiçəkləri xöş ətrə malik olan bir ağac növüdür, çiçəkləri salxım şəkildə olur. Ağ akasya ağacı Azərbaycanda yetərincə mövcuddur. Akasya çiçəyindən çay kimi istifadə etmək üçün ağacın çiçəklərini solmadan yığıb, qurutmaq lazımdır.
Akasya çiçəyində uçucu yağlar, təbii turşular, qlükozitlər, petkin və müxtəlif vitaminlər var. Ağacının qabığı tanen, minerallar və uçucu maddələrlə zəngindir.
Akasya çiçəyinin dəmləməsi aşağıdakı xüsusiyyətlərə malikdir:
– qızdırmasalıcı təsirə malikdir
– iltihabi prosesləri aradan qaldırır
– bəlğəmgətirici təsir göstərir
– sidikqovucu təsirə malikdir
– büzücü təsirə malikdir
– qanaxmanı dayandırır.
Akasya bitkisindən hazırlanan dərman preparatları qanda azotun miqdarını aşağı salır, mədə və bağırsağın funksiyasını normallaşdırır, öd kisəsi, mədəaltı vəz, boğaz ağrısı, faringit, rinit və tonzillitin müalicəsində faydalıdır.
Bundan başqa akasya çiçəyi çayı uşaqlıq miomasının sorulmasına, qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərində, eroziyalarda çox faydalı təsir göstərir.
Akasya çayının faydaları:
– Depressiya əlamətlərini aradan qaldırır.
– Ginekoloji xəstəlikləri sağaldır.
– Sinir sistemi xəstəliklərini aradan qaldırır.
– Gərginliyi aradan qaldırır.
– Sakitləşdirici təsir göstərir.
– Yuxunu normallaşdırır.
– Qızdırmanı aşağı salır.
– Boğaz ağrısını kəsir.
– Bəlğəmi kəsir, öskürəyi azaldır.
– İshalı kəsir.
– İltihabəleyhinə təsir göstərir.
– Göbələk əleyhinə təsir göstərir.
Akasya çayı necə dəmlənir?
1 çay qaşığı quru akasya çiçəyi 0,5 litr qaynar suya əlavə edilir, 10 dəqiqə dəmlənir, süzülüb içilir. Çayı təzə çıçəklərlə də dəmləmək mümkündür. Akasya çayı fasilələrlə qəbul edilir. 2 ay içilir, 2 ay fasilə verilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.