Yenidoğulmuş uşağın çəkisinin çox olması təhlükəlidir

“Şəkər endokrinoloji xəstəlik olub, insanlarda həm edogen, həm də ekzogen səbəblərdən dolayı yaranır”.

Bu barədə Sherg.az-a Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayının artmasından danışarkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib.

Onun sözlərinə görə, şəkərli diabet xəstəliyinə birdəfəlik son qoymaq mümkün deyil:

“Çünki bu xəstəlik insan daxilindəki vəzlər pozulduğuna görə yaranır. Yəni qidalanmanın pozulması, yaşam çətinlikləri, ekoloji tarazlığın pozulması və s. kimi çoxsaylı faktorlar bunu qaçılmaz xəstəliyə çevirib.

Bəzən bu xəstəlik insanda anadangəlmə olur. Bu da ananın hamiləlik dövründən başlayan bir prosesdir. Hamiləlik müddətində ananın qeyri-sabit qidalanması, karbonhidratlardan çox istifadə etməsi bu xəstəliyin əsas səbəblərindən biridir.

Uşaq doğularkən onun çəkisinin çox olması ortaya xoşagəlməz fikirlər çıxarır. Gələcəkdə həm ana, həm də uşaq diabet xəstəliyinin daşıyıcısı ola bilər.

Bu kimi faktorları əsas götürdükdə şəkərli diabet xəstəliyi irsi rol oynayır. Lakin bu insanlarda təlaş yaratmamalıdır. “Diabet anamda olub, məndə də olacaq” kimi fikirlər yanlışdır. Bu cür amillər gələcəkdə müəyyən qədər rol oynadığı üçün biz bunu dəyərləndiririk.

Ona görə də o riskləri hər zaman nəzərə alaraq müntəzəm olaraq onlara məsləhət kursu yazarıq. Profilaktik tətbirlər təşkil edərək maneələrin keçilməsi, müəyyən tədbirlərin görülməsini tövsiyə edirik. Ona görə də burada ilk öncə düşünülmüş addımların atılması daha məqsədəuyğundur”.

Həmçinin Ş.Namazlı hesab edir ki, şəkərli diabet xəstəliyinin yaranmasında birmənalı olaraq qidalanma faktoru əsas rol oynayır. İnsanlar fiziki aktivlikdən uzaq düşdükdə, qidalanma rasionunu pozduqda, evdə, işdə məişət problemləri artdıqda bu xəstəlik hərəkətlənməyə başlayır:

“Passiv həyat tərzi keçirdikdə artıq biz şəkərli diabet xəstəliyini oyandırmış, hərəkətli aktiv yaşadıqda isə onu nəzarətə almış oluruq. Eyni zamanda xəstəliyin müalicəsində vaxtında müayinə olunmaq əsas rol oynayır. İnsanlar heç olmasa ildə bir dəfə həkim nəzarətində olmalıdır. Bu zaman xəstəlik ağır formaya keçmədən ona müdxilə edərək təsirlərini azalda bilmək mümkün olar.

Təəssüflər olsun ki, insanlar çox ağır formada həkim müayinəsinə gəlirlər. Artıq o zaman bu fəsadlarla nəticələnir. Onda da müalicələr dərinləşməsi, daha çox kimyavi dərmanların yazılışları artması, digər orqanlarda çatışmamazlıq və.s kimi bir çox mənfi halla qarşılaşırıq. Ona görə də sadaladığım faktorlara əməl olunmasa, insanların özünün özünə münasibəti dəyişməsə, bu xəstəlik daha çox artacaq”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.