İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.
“Medicina” xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaqə yaşadığını, 11% ümumiyyətlə seksual münasibətinin olmadığını deyib.
25% insan həftədə bir dəfə münasibətinin olduğunu deyib.
17% insan ayda cəmi 1-2 dəfə əlaqə gördüyünü etiraf edib.
6% ildə 1-2 dəfə, 1,9% insan isə 2-3 ildən bir cinsi münasibət yaşayır.
Cəmi 2,5% həftədə 3 dəfə və daha çox cinsi əlaqə imkanının olduğunu deyib.
100 nəfərdən cəmi 20 nəfər intim həyatından razılıq ifadə edib.
41% insan münasibətin sayını artırmağı arzu edir.
Seksual həyatın keyfiyyətindən isə cəmi 23% razıdır. Qalanları libido zəifliyi, cinsi əlaqədən həzz almadığını və uyğun partnyorun olmadığından gileylənib.
Orqanik.az