30 yaşından sonra nə yeyək? Mütəxəssislər qeyd edirlər ki, insan 20-30 yaşlarında yediyi qidalar ilə 40-50 yaşlarında yediyi qidalar arasında heç bir fərq görməyə bilər. Lakin bədən bunu qəbul etmir. Buna əsaslanaraq mütəxəssislər 30 yaşından sonra yeyilməsi qadağan olunan qidaların adlarını açıqlayıb. Evdar.az qadağan olunan qidaların siyahısını təqdim edir.
İÇİNDƏKİLƏR
Meyvəli yoqurt
Qocalmağın hər nə qədər qarşısını almasaq da, onun sürətlənməsinə mane olmaq mümkündür. Aromalı yoqurtun tərkibində şəkər olduğu unudulmamalıdır.
Xəmir yeməkləri
Son faktlara görə, gündəlik kalorilərin 17% ilə 21% şəkərli qidalardan alan insanların ürək xəstəliyindən ölmə riskləri kalorilərin 8%-ni şəkərli qidalardan alanlarla nisbətən daha yüksəkdir.
Coca-cola
Aparılan araşdırmaya görə, kola kişilərdə cinsi zəifliyə səbəb olur.
Şəkərsiz qəlyanaltılar
Əgər 30 yaşında çəki almağa başlamısınızsa qaraciyər funksiyasında problem ola bilər. Bu səbəblə toksinlərdən uzaq olmaq üçün süni dadlandırıcılardan uzaq durmalısınız.
Marqarin
Marqarin ürək xəstəliklərinə, həmçinin dəridə bir sıra problemlərə yol açır. Dəridəki qırışların daha sürətlə yayılmasına səbəb olur.
Kolbasa,sosiska
Aparılan araşdırmaya görə, sosiska və kolbasa kimi qida məhsulları spermanın sayının azalmasına səbəb olur.
Çips, kreker çubuqları, popcorn
Çipsin tərkibindəki sodium yüksək qan təzyiqinə səbəb olur və ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər. Bu məhsullar xərçəng, köklük (obezite) kimi müxtəlif xəstəliklərə səbəb ola bilər.