Orbit
Sorbit E 420,maltit E 965, tərkibində olan rezin tərkibli birləşmələr, dadlandırıcılar E 414, stabilizator E 422, təbii və süni aramatizatorlar, mannit E421, asesulfam kalium E 950, soya lesitin E 322, titan dioksiz E 171, natri hidrokarbonat E 500, aspartam E 951,qlazur E 903,antioksidant E 321
Dirol
İzomalt,sorbit E 420, manit E 421, ksilit, maltit siropu, aspartam E 951, asesulfam kalium E 950, rezin tərkibli birləşmələr, kalsium karbonat, təbii nanəli dadlandırıcılar,mentol, süni vanilin, süni təravətləndirici, qatılaşdırıcılar E 414, stabilizator E 422, boya maddəsi E 171, havalandırıcı E 903, antioksidant E 321, testur E 341
Sizlərə saqqızın tərkibində olan maddələr barədə məlumat vermək istəyirəm.
* Sorbit E 420 – süni yolla hazırlanmış şəkərdir. Bu şəkər insanda baş ağrıları, qarında köpmə, ishal, bağırsaq qanaxması, baş hərlənmə yarada bilir. Ən ağır hallarda həzmsizlik, astma sidikburama, qıcolma və ağızda daimi quruluq əmələ gətirə bilir.
* Rezin tərkibli birləşmələr( Gum base) – saqqızın əsas tərkibini təşkil edir və kimyəvi birləşmələrədən hazırlanır. Onun tərkibinə aşağıdakılar daxildir:
– Butulkauçik – basketbol topunun daxili hissəsi və ya maşınların şin hissəsini hazırlamaq üçün istifadə edilən maddə.
– Polivinilasetat – rezin və kley hazırlamaq üçün istifadə edilən maddə.
– Bosk – şam hazırlamaq üçün istifadə edilən maddə.
– Talk
* Mannit formokoloji preparatların insan beyninə tez təsir etməsi üçün istifadə edilən maddədir. Qərb tibbi ədəbiyyatında bu maddənin insan arteriyalarına mənfi təsiri barədə çoxlu məlumatlar var. Bu maddənin saqqıza qatılmasında məqsəd onun dadının qısa bir zamanda insan beyninə çatmasıdır.
* Asdpartam təhlükəli şəkərəvəzedicidir. O yaddaşın və təfəkkürün azalmasına səbəb olur, hormonal pozulmalara, eşitmənin zəifləməsinə gətirib çıxarır. Aspartamı bioloji silah da hesab eləmək olar. Onun fenilananin tərkibli şirin dadı uşaqlarda, hamilələrdə hormonal sistemin pozumasına səbəb olur. O orqanizmdə yığılaraq xəstəliklərin əmələ glməsinə səbəb olur.
* Asesulfam kalium saqqızın hsazırlanmasında lazım olan əsas maddələrdən biri sayılır. Qərb və Amerika tibbi ədəbiyyatında bu maddə xərçəngin əmələ gəlməsinə yardım edən maddələr siyahısındadır.
* Butilhidroksitolulol (antioksidant E 321) bu qida əlavəsi hesab edilir və qatılan qidanın rezin şəklində olmasıəna səbəb olur. Bu maddədən dondurucu balzamlar hazırlanır və meyitxanalarda ölülərin uzun müddət saxlanması üçün istifadə edilir.
* Lesitin E 322 qidaların xarab olmaması üçün istifadə edilən geni dəyişilmiş qida əlavəsidir. Bu insanlarda sonsuzluğa səbəb ola bilir. Onun çoxlu miqdarda qana daxil oplması isə qanı zəhərləyir və qan xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Az miqdarda qəbulu isə kariesə, paradontitə və qinqivitə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim
Monthly Archives: Oktyabr 2022
40 yaş insan ömrünün geriyə baxanda bəzi şeyləri arxada qoydyğunu düşünərək peşmanlıq yaşadığı bir yaşdır. Əgər siz çox şeylər itirdiyini düşünərək peşmanlıq hissi keçirirsinizsə o zaman aşağıdakı məsləhətlərə əməl etməlisiniz.
1. Özünüzü sevin və bu hissi özünüzə qəbul etdirin. Yaxşı və ya pis hər hansı hərəkəti edirsəniz edin, siz özünüzü sevsəniz başqaları da hərəkətlərinizə hörmət qoyacaq.
2. Ruhunuzu zənginləşdirin. Sizə nə xoşdursa, nədən zovq alırsınızsa, ruhunuzu nə oxşayırsa onu etməyə çalışın.
3. Problemlərinizi tək həll etməyə çalışmayın. Həyatınızda sizin qərarlarınıza dəstək olan biri ilə tanış olun.
4. Səmimi və gülərüz olun. Düzlüyün dünyada ən böyük biclik olduğunu unutmayın.
5. Başqaları üçün deyil özünüz üçün yaşamağı bacarın.Özünüzə sadiq olun, sizi xoşbəxr edəcək qərarlar qəbul edin. Bu zaman həyatın necə asan olduğunu görəcəksiniz.
6. Özünüzə qiymət verin.Başqalarının işini öz işinizdən üstün tutmayın.
7. Səyahət etməyə çalışın .Çalışın həyatınızın tərzini dəyişin.
8. Az həyəcanlanın. Həyəcanlanmanın sizə nə qədər zərər verəcəyini, yaddaşınızı, məntiqinizi korlayacağını təsəvvür belə edəməzsiniz.
9 .Ətrafınızda olan adamlarla özünüzü müqayisə etməyin. Əgər müqayisəyə başlasanız öz həyatınızda baş verən yaxşı hadisələri yadınıza salın.
10.Heç kimdən heç nə gözləməyin.Başqalarının sizə qarşı xoş hərəkət etmələrini gözləmək xəyal qurmaq kimi bir şeydir.
11. Həyatda sağ qalmaq üçün yaşamayın işləmək üçün yaşayın. Həyatınız boyu özünüzə karyera qura bilmisinizsə həyatınız asan olacaq .Yox əgər işləmirsinizsə özünüzə iş tapın. Əgər işinizdən pul qazanacaqsınızsa bu sizi xoşbət edəcək.
12. Özünüzə büdcə ayırın və çalışın şəxsi pulunuz olsun. Bu sizi özünüzə əmin edəcək və həyatda əminliklə yaşayacaqsıız.
13. Başqaları üçün bir iş gördüyünüz zaman özünüz üçün də nəsə etməyə çalışın.
14. Özünüzün və başqalarının səhvlərini bağışlamağa çalışın.
15. Neqativ insanlarla vaxt keçirməyin. Xoşunuz gəlməyən adamlarla öz aranızda məsafə saxlayın. Səmimi insanlarla dostluq edin.
16. “Xeyir”deməyi öyrənin. Başqası üçün heç nə etməyə məcbur deyilsiniz.
17. Sizi sevdiyini deyən adamla ailə qurmaq istəsəniz çox fikirləşib qərar verin.
18. Həyatınızda baş verən hər bir kiçik hadisədən zövq almağa çalışın. Günün döğuşunu seyr edin, dənizə tamaşa edin, ulduzları seyr edin.
19. İnsanların sizin haqqınızfda nə fikirləşdiyinə fikir verməyin. Ətrafdakıların məmmun etməyə çalışmayın.
20. Bu yaşda sizin güvənəbiləcəyiniz tək şey sizin yaxşıya doğru dəyişməyinizdir. Dəyişin və dəyişməyi qəbul edin.
Fetişizm ən çox mövhumatçı adamlar arasında müşayət olunan patologiyadır. Fetişizm hər hansısa bir əşyaya sitayiş etmə demək anlamına gəlir.
Bu cür adamlar hansısa bir əşyanı fövqəltəbii hesab edir, onun sehirli gücə malik olduğunu iddia edir və həmin əşyaya sitayiş edirlər.
Fetişizmdə insanlar cansız əşyalara sitayiş edirlər. Bu cansız əşya kəsilmiş hörük, qadın alt paltarı, ayaqqabısı, burun dəsmalı və ya əvvəllər istifadə edilmiş hər hansı bir əşya ola bilər.
Fetişizm zamanı cinsi partnyor əks cinsin geyilmiş paltarını və ya toxunduğu əşyaları müqəddəs sanır, onu əzizləyərək saxlayır. Hətta bəzən feiş insanlar istədikləri əşyanı əldə edə bilmədikdə, onu oğurlayırlar.
Fetişizmə ən çox kişilər meyilli olurlar. Çox nadir hallarda qadınlarda da rast gəlmək olur.
Alimlər sümük xərçəngi hüceyrələrinin effektiv məhvi üsulunu kəşf ediblər
ABŞ-ın Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, dezinfeksiyaedici xlorheksid qlükonat sümük şişlərinin cərrahi müalicəsi zamanı xərçəng hüceyrələrini öldürməkdə təsirli olur.
Havalar soyuduqca orqanizm viruslara qarşı mübarizədə zəifləyir. Bu da müxtəlik xəstəliklərə səbəb olur. Bunlardan biri də xəstələnmədən belə boğaz ağrılarının olması, ağız boşluğunda yaraların əmələ gəlməsidir.
Ümumi məlumat:
Bu xəstəlik nadir xəstəlik olub, çox vaxt irsi və ailəvi xatakter daşıyır. Xəstəlik kişilər və qadınlar arasında eyni dərəcədə tapılır.
Səbəbləri:
Xəstəlik tədricən cərəyan edir, adətən uşaq yaşlarında başlayır. Bəzi xarici səbəblər (infeksiya, travma, soyuqdəymə və s.) xəstəliyin tez aşkara çıxmasına zəmin hazırladığı kimi, xəstəliyin də gedişini sürətləndirə bilər.
Simptomları:
Xəstəliyin əsas əlaməti yığılmış, yaxud bükülmüş əzələlərin çətin boşalması ( açılması) ilə yanaşı, əzələlərin hipertrofiyasından ibarətdir. Belə ki, xəstə hər hansı əl hərəkəti etsə, məsələn, yumruğunu düyünləsə, əlini çox çətimliklə açır. Əzələlər təxminən 25-30 saniyədən sonra açılır.
Bu kimi hərəkət çətinliyi çeynəmə əzələlərində, mimiki əzələlərdə də təsadüf edilir. Məsələn, dişlərini bir-birinə bərk sıxan xəstə çənəsini hərəkət etdirə bilmir, qidanı çeynəməyə başladıqda ilk çeynəmə aktı çətin olur, lakin bir qədər sonra çeynəmə aktı asanlaşır. Xəstə gözlərini bərk yumandan sonra göz qapaqlarını çətinliklə aralaya bilir.
Bir sıra xarıcı amillər ( bərk həyacanlanma, qəfləti xəbər, soyuq suda çimmək) xəstənin hərəkətlərinin tamamilə çətinləşməsinə səbəb ola bilər. İsti su vannaları isə xəstələrə yaxşı təsir göstərir.
Düzgün qidalanmaq sümük quruluşu üçün də vacibdir. Xüsusilə də sümük qırıqları ilə qarşılaşmamaq üçün yaşlı insanlar daha çox özlərinə diqqət etməlidirlər.
Bu ot bitkisi Astrakimilər (Mürəkkəbçiçəklər) sinfinə daxildir. Xalq arasında çobanyasığını kamila, mollabaşı çiçəyi kimi də tanıyırlar. Çobanyastığının elmi adı latın dilindən götürülmüşdür. Matriks latınca uşaqlıq deməkdir. Çobanyastığının isə ginekoloji xəstəliklər zamanı faydası çox olduğuna görə onun adı Matricaria adlandrılmışdır. Bu termini elmə Karl Linney salmışdır.
Çobanyastığının elmə 25 növü məlumdur. Onlardan ən çox yayılmışı və istifadə ediləni isə aşağıdakılardır:
* Aptek çobanyastığı – ən çox Şimali Amerikada, Avrasiyada bitir. O yetişdirilmə sayəsində əmələ gəlir. Tərkibinə görə ən qiymətli dərman bitkilərindən hesab edilir. Onun tərkibindəki efir yağlarında xamazulen orqanizm üçün çox faydalıdır və tibbdə geniş isitfadə edilir.
* Amerika çobanyastığı – ən çox Amerikada bitir. Vətəni Amerika olsa da bəzi ölkələrə də yayılıb. Çobanyastığının bu növü güclü və təsirli qoxusu ilə məşhurdur və uzun illərdir ki, tibb sənayesində geniş istifadə olunur.
Dərman məqsədilə istifadə edilən bu çobanyastığı çiçəklərinin boyu 40-50 sm-ə qədər böyüyür, sürünən və zəif kökə sahibdir. Onların kök sistemləri zəif inkişaf edir və asanlıqla torpaqdan ayrılır. Çobanyastığının yarpaqları gövdənin əsasən aşağı hissəsində olur və hündürə qalxan budaqların baş hissəssində çiçəklər açır. Onun çiçəkləri səbətə oxşayır, ortası sarı rəngli, kənarları isə ağ, uzunsov ləçəklərlə dairəvi şəkildə qapanmış olur. Çobanyastığı may ayından çiçək açmağa başlayır. Çiçəklənmə avqust ayına kimi davam edir. Çobanyastığına açıq sahələrdə, düzənliklərdə, yol kənarlarında rast gəlmək mümkündür. O kök və toxum vasitəsilə çoxala bilir.Dərman vasitəsi kimi istifadə edilməsi üçün çobanyastığını xüsusi olaraq yetişdirirlər.
Çobanyastığından dərman vasitəsi kimi istifadə etmək üçün əsarlər boyu onu xüsusi olaraq yetişdiriblər.Onun vegetasiya dövrü 2 ay, ömrü isə 3-4 aydır. Çobanyastığı 3*C -dən yuxarı tempraturda asanlıqla yetişə bilən bitkidir. Onun toxumlarını yetişdirir və şitillərini əkməklə çoxaltmaq daha çox məhsuldarlığın əldə edilmsinə səbəb olur.
Yay aylarında uzun müddət yağışlar yağmasa çobanyastığı çiçəklərinin toplanması müalicəvi baxımdam daha yaxşı hesab edilir. Bu zaman çobanyastığı çiçklərinin 3 santimetrdən çox olmayan saplaqları il birlikdə toplayırlar. Çiçəklər qaranlıq və yaxşı ventilyasiya olan yerdə qurudulur. Çiçəklərin yaxşı quruması üçün onu kağızın və ya pambıq parçanın üstünə sərmək lazımdır.
Çobanyastığı Günəşin Yer üzündə kiçik nümayəndəsi hesab edilir. Bədii ədəbiyyatlarda çobanyastığı ” ovuc içində kiçik Günəş” kimi qiymətləndirirlir. Onun barədə Hans – Kristina Andersenin kədərli və poetik əsərindədə rast gəlmək mümkündür.
Qədim yunanlar çobanyastığına Günəş Allahının insanlara bəxş etdiyi hədiyyə kimi qiymətləndirmişlər.
Çobanyastığının Tərkibi
Bir stəkan (237qram) çobanyastığının tərkibində olanlar:
– Su – 236 qr
– Karbohidratlar – 0,5 qr
– Zülallar – 0
– Yağlar – 0
– Kalori dəyəri – 1 kKal
– Kalium – 21,33 mq
– Kalsium – 4,74 mq
– Maqnium – 2,37 mq
– Dəmir – 0,19 mq
– Marqanes – 0,1 mq
– Sink – 0,09 mq.
Çobanyastığının tərkibində A, B5, B1, B2, B9 vitaminləri var.
Çobanyastığının Xeyri
Aptek çobanyastığı çiçəyi daxilə və xaricə tətbiq edilir. Ondan dəmləmələr və çaylara əlavə edilərək istifadə olunur. Çobanyastığı dəmləməsindən qarqara, kompres, imalə, yuyunma vasitəsi kimi də istifadə edilir. Müxtəlif qan xəstəliklərinin müalicəsində də çobanyastığı dəmləməsindən istifadə etmək olur. Ondan tibbdə geniş istifadə edilir. Belə ki, çobanyastığından həm həkimin məsləhətinə görə, həm də azad şəkldə istifadə etmək mümkündür.
Müalicəvi xüsusiyyətləri:
Çobanyastığı çiçəyində uçucu yağlar (matritsin və matrikarin), xamazulen, seskviterlenov spirti, bisabolol, bizaboloksid, ketospirt, kumarin, flavonidlər, sitosterin, farnezin, xolin, kardinen, beta-karotin, izonid, acı maddələr, askorbin turşusu,valerian turşusu, salisil turşusu, fitosterollar var.
Çobanyastığı çiçəyi antiseptik, ödqovucu, sakitləşdirici, qıcolma əleyhinə, qanaxma əleyhinə təsir göstərir.
Çobanyastığı dəmləməsi bağırsaq spazmlarında, qara ciyərin iltihabi xəstəlikləri zamanı, öd və sidik sisteminin iltihabi xəstəlikləri zamanı, sancılı aybaşıda, isterik reaksiyalar zamanı, nevrozlarda, nevroz tutmaları zamanı, üçlü sinirin nevralgiyasında daxilə qəbul edilir.
Çobanyastığı dəmləməsi mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, reflektor funksiyaları sürətləndirir, beyin qan damarlarını genişləndirir, ürək və tənəffüs ritmlərinin sürətlənməsinə səbəb olur. Çobanyastığını adətən qastritlərin, kolitlərin, ginekoloji xəstəliklərin, pevmatizmanın,bronxial astmanın, anginanın kompleks müalicəsi zamanı təyin edirlər. Çobanyastığı orqanizmdə həzm sisteminin normallaşmasına, ödün axınının sürətlənməsinə, qaşınmanın azalmasına, tərləmənin qarşısının alınmasına səbəb olur. Çobanyastığı orqanizmə antiallergik təsir bağışlayır.
Tibbdə çobanyastığının tətbiqi
Tibbdə çobanyastığından aşağıdakı formalarda qəbul edilir:
*Çobanyastığı çiçəkləri qurudulmuş şəkildə paket halında satılır.
* Romazulon – tərkibində çobanyastığı yağı, və antiseptik var. Qastrit, duadenit, köp, həzm pozğunluqları olduqda təyin edilir. Bu zaman 200 ml qaynar suya yarım çay qaşığı əlavə edilir və içilir. Kompreslər və imalə üçün 1 litr suya 1,5 çay qaşığı romazulon əlavə etməklə əldə edilən qarışımdan istifadə olunur. Bu preparatdan stomatit, otit,qinqvit, uretrit, sistit, trofik yaralar zamanı xaricə tətbiq edilir.
* Alorom ( çobanyastığı tərkibli maz) – miozitlər, pleksit, radikulit,artrit zamanı tətbiq edilir. Mazın tərkibində çobanyastığı, aloe, kalendula və müalicəvi yağlar var. Bu maz yerli iltihab əleyhinə və ağrıkəsici təsirə malikdir.
* Arfazetin – müxtəlif bitkilərlə çobanyastığı qarışımından əldə edilən dərmandır. Bu dərman qanda şəkərin aşağı düşməsinə səbəb olur. Qarışımda iburnu, dəvədabanı, qara yemişan, qatırquyruğu və s. var.
* Rotokan – tərkibində çobanyastığı, boymədəran və gülümbahar var və iltihab əleyhinə təsir göstərir. Preparatdan stomatitlərdə,ağız boşluğu yaralarında, diş əti xəstəliklərində istifadə edilir.
Xalıq təbabətində çobanyastığı
*Bağırsaq sancılarında, bağırsaqlarda köp və qaz olduğu zamanlarda, ağrılı aybaşılarda, ishalda, çobanyastığı dəmləməsinin faydası böyükdür. Bu məqsədlə 1 xörək qaşığı quru çobanyastığı çiçəyini 200 ml suda dəmləyib isti halda gündə 3 dəfə 1 stəkan içmək lazımdır. Xəstəlik əlamətlərinin tamamilə aradan qalxması üçün 2 ay müalicəni davam etdirmək lazımdır.
* Qastrit və enterit zamanı 1 stəkan qaynar suya 2 çay qaşığı quru çobanyastığı əlavə edib gündə 100 ml olmaqla 2 dəfə yeməkdən yarım saat əvvəl içmək lazımdır. Dəmləməyə yovşan, böymədəran əlavə edildikdə isə xəstləliyin əlamətləri tez bir zamanda aradan qalxır.
* Bağırsaqlarda köp və qaz olduqda çobanyastığını, nanə, dəvədabanı və böyrütkəni birlikdə dəmləyib içmək lazımdır.
* Askaridoz zamanı Amerika çobanyastığının dəmləməsini içmək tövsiyə edilir. Bu zaman 1 xörək qaşığı çobanyasığı qurusunu 1,5 stəkan qaynar suda 60 dəqiqə su hamamında dəmləmək lazımdır. Dəmləməni səhər və axşam 100 ml içmək və ya onunla imalə etmək askaridlərin məhv olmasına səbəb olur.
Xroniki hepatit və sirroz xəstəliyi zamanı müalicə məqsədilə çobanyastığı,dəvədabanı, böymədəran, itburnu, andız kökü, at pıtrağı, acı yovşan qarışımından hazırlanan dəmləməsi çox faydalıdır. Bunun üçün eyni miqdarda bitkilərin qarışımından 1 xörək qaşığı götürülür, üzərinə 200 ml qaynar su əlavə edilib su hamamında yarım saat dəmlənir. Dəmləmə hər yeməkdən əvvəl 2-3 ay müddətində qəbul edilir.
Şərq təbabətində çobanyastığı
İbn Sina öz əsərlərində çobanyastığı barədə qeydlər aparıb. O çobanyastığını xəstəlikləri yumşaldıcı, iltihab əlamətlərini, yorğunluğu, zəifliyi aradan qaldıran və orqanizmi sakitləşdirən bir bitki kimi qeyd edib.
Elmi aradırmalarda çobanyastığı
Çonabyastığı elm adamlarının diqqətini özünə cəlb edə bilib. Onun haqqında Hippokratın, Qalenin, Asplekiy, Dioskoridin kitablarında da yazılıb. Hippokrat öz kitablarında çobanyastığını dərman bitkisi kim qeyd edib, Qalen və Askjlepiy isə çobanyastığını öz xəstələrinə tövsiyə ediblər. XI əsrdə italyan həkimi və botaniki Mattioli çobanyastığının efir yağını xəstələrinə spazmolitik kimi təyin edirmiş.
Kulinariyada çobanyastığından müxtəlif içkilərin hazırlanmasında istifadə edilir.
Bəzi dünya ölkələrinin mətbəxində çobanyastığından müxtəlig şorbaların bişirilməsi zamanı istifadə edilir.
Kometologiyada çobanyastığı ekstraktından geniş istifadə olunur. Bitki əlavə edilmiş kremlər, losyonlar dəriyə müalicəvi təsir göstərir. Gözaltı torbalardan xilas olaq üçün çobanyastığı dəmləməsindən qoyulan maska çox faydalıdır.
Çobanyastığının efir yağlarından aromaterapiyada geniş istifadə edilir. Onunla massaj olunmaq orqanizmə sakitləşdirici təsir bağışlayır. Bu zaman bəzən çobanyastığı yağına lavanda yağı da əlavə olunur.
Çobanyastığının zərərli xüsusiyyətləri barədə heç bir məlumat qeydə alınmayıb. Yanlız, həddindən çox qəbul edidiyi zaman onun tərkibindəki efir yağları baş ağrılarına səbəb ola bilir. O hamiləlik və uşaqəmizdirmə dövründə əks göstəriş sayılmır, lakin, həkimin nəzarəti ilə qəbul edilməsində fayda var.
Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında ümumi məlumat
Qırmızı və acı dada malik olan bibər boyu 60 santimetrə qədər qalxa bilən bibər kolunun məhsuludur. Bu bibər bostanlarda və iri sahələrdə tərəvəzçilər tərəfindən yetişdirilir. Qırmızı, acı bibərin iri ağ və ya bənövşəyi rəngə çalan çiçəkləri olur. O birillik bostan bitkisi olub, əsasən isti havalarda yetişir. Bibər istisevər bitki olub, acı dada və xüsusi qoxuya malikdir. Onun tərkibində olan fenol birləşmələri bolqar bibərinin tərkibində olduğundan qat-qat çoxdur. Onun ölçüləri adi qırmızı bibərin ölçüsündən kiçikdir. Qırmızı, acı bibəri qurutduqdan sonra toz halına salır və ədviyyat kimi istifadə edirlər.
Botanika elminə bibərin 2000-ə yaxın növü məlumdur. Onlar bir-birindən rənglərinə, formalarına və yandırıcılıq qabiliyyətinə görə fərqlənirlər. Ən məşhur bibər növü isə çili bibəri sayılır.
Qırmızı, acı bibər (Capsicum frutescens)nın Tərkibi
Acı bibərin tərkibində çoxlu efir və müxtəlif yağlar, boyaq maddələri, P, B1, B2, C vitaminləri var. Onun tərkibində acı dadın meydana çıxmasına səbəb olan kapsaisin şirin bibərin tərkibində olandan 20 dəfə çoxdur. Bu bibərə çox toxunduqda dəridə yanıq izləri əmələ gələ bilir. Avropa ölkələrinin əhalisi acı bibərdən Afrika ölkələrinə nisbətən az istifadə edilir.
Qırmızı, acı bibər (Capsicum frutescens)nın Xeyri
Yandırıcı bibər ən yaxşı iştahaçıcı dərman sayılır. Bu məqsədlə bəzən onun spirtdə saxlanılmış cövhərindən istifadə edilir. Bu qarışım gündə 10-15 damcı qəbul eləmək iştahanı normallaşdırır. Bu ürəyin, böyrəklərin, mədənin işini də rahatlaşdırır.
Acı istiot bağırsaq narahatçılıqlarından əziyyət çəkən xəstələr üçün əsil dərman sayılır. Belə ki, acı bibər güclü bakteriasid təsirə malikdir. Onu miozitlər, revmatizm, poliartrit, podaqra, yuxarı tənəfüs yollarının kataral xəstəlikləri zamanı yeməkdə fayda var. Ondan hazırlanan mazlar və kremlər əzələ və oynaq ağrıları zamanı istifadə edilir.
Ev şəraitində də acı bibər yağı hazırlayaraq ağrılar əleyhinə istifadə eləmək mümknüdür. Bunun üçün acı bibərdən cövhər hazırlayıb üzərinə miqdarından 3 dəfə artıq bitki yağı əlavə edərək ağrıyan yerlərə sürtmək lazımdır. Bu mazlar donma zamanı çox faydlıdır. Acı bibərdən müxtəlif plastrlar da hazırlanır ki, bu plastrlar ağrını aradan qaldırmaq üçün istifadə edilir.
Acı bibərdən turşuların hazırlanması zamanı geniş istifadə edilir. Onu tək halda da marinadlaşdırıb müxtəlif yeməklərin hazırlanması zamanı istifadə edilir.
Qırmızı, acı bibər (Capsicum frutescens)nın Ziyanı
Acı bibər müxtəlif digər qida vasitələri kimi hamıya eyni təsir bağışlamır. Stenokardiyası, xəstə böyrəyi olanlara acı bibər yemək olmaz. Qara ciyərin kəskin xəstəliklərindən əziyyət çəkənlərə də acı bibər yemək tövsiyə edilmir. Acı bibər yemək bəzi adamlarda dəri qaşınmalarına səbəb ola bilir. Bibərdən istifadə etdikdən sonra əlləri yaxşıca yumaq lazımdır. Bibərə toxunmuş əllərlə gözlərə toxunmaq gözlərin yanmasına səbəb olur. Acı bibər ağızı yandırdıqda su ilə yanğı hissini yatışdırmaq mümkün olmur. Amma, qatıq və ya süd qəbul eləmək yanğı əlamətlərinin azalmasına səbəb olur.
Qaraciyər yağlanması son zamanlar yeyilən keyfiyyətsiz qidalar səbəbindən daha da artıb.