Hər yaşa uyğun dəriyə qulluq qaydaları. Əgər bu qaydalara əməl etməsəniz etdiyiniz qulluğun heç bir effekti olmayacaq.
Orqanik.az Lent.az-a istinadən bildirir ki, dəriyə qulluq edərkən, dəri tipinə və yaşa uyğun qulluq etmək əhəmiyyət daşıyır.
20 yaşında dəriyə qulluq
20 yaşlarında dərimiz kafi miqdarda yağ ifraz etdiyi üçün yağla zəngin olan qidalandırıcı məhsula ehtiyac yoxdur. Nəmlənməyi təmin edən məhsuldan istifadə edə bilərsiniz. Nizamlı olaraq həftədə 1 dəfə pilinq edilməlidir.
30 yaşında dəriyə qulluq
30 yaşınızda dərinin özünü yeniləmə funksiyası yavaşlayır. Dərinin nəmlənməklə yanaşı, əlavə bəslənməyə də ehtiyacı var. Pilinqi həftədə 2 və ya 3 dəfə etmək lazımdır. Təmizləmə və pilinq əməliyyatını bir yerdə edən məhsullardan istifadə edə bilərsiniz.
40 yaşında dəriyə qulluq
40 yaş nəmləndiricilərlə yanaşı ton dəyişikliklərinin, dəri qırışlarının, elastiklik itkisinin başladığı dövrlərdir. 30 yaşında ləkə əleyhinə məhsullardan istifadə edilə bilər. Dərinin itirdiyi suyu geri qazandıracaq xüsusi qayğı məhsulları səhər və axşam tətbiq olunmalıdır.
Orqanik.az