“Omicrona yoluxma orqanizmdə tək bir simptom və ya kompleks şəklində özünü göstərə bilər”.
Orqanik.az APA-ya istinadən xəbər verir ki, bunu rusiyalı infeksionist Yevgeni Timakov yerli mediaya açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, burun axması, baş ağrısı, boğaz ağrısı, səsin dəyişməsi, həzm pozğunluğunun olması orqanizmin 100% omicrona yoluxduğunu göstərir.
Y.Timakov əlavə edib ki, bir əlamət də omicrona yoluxmanı şərtləndirə bilər: “Ola bilsin ki, yalnız burnun axır və sizdə artıq omicron əlavəti var, lakin bu, kompleks simptomlar şəklində də müşahidə edilə bilər”.
İnfeksionistin sözlərinə görə, ümumiyyətlə, omicron müxtəlif simptomlarla müşayiət olunur və gedişatı da müxtəlif ola bilər: “Bu, eyni zamanda, sadəcə halsızlıq və ya yuxu pozğunluğu kimi də baş verə bilər. Daha aydın bir klinik əlamət kimi temperatur, mədə-bağırsaq və qarın ağrısı ilə müşahidə olunur. Bir sözlə, bu infeksiya spesifik deyil, çox fərqli klinik təzahürlərlə özünü göstərir”.
Orqanik.az