Ət Aldıqda Bunlara Diqqət Edin!

Qırmızı ət süfrələrin əvəzolunmazıdır. Kiçik və ya iri heyvanlardan alınan ətin hər bir hissəsi qiymətlidir. Azərbaycan mətbəxində bir çox yeməklərin tərkibində əsas və köməkçi tərkib hissəsi kimi istifadə edilən qırmızı ətin seçimi də həssas məsələdir. Evdar.az ət aldıqda diqqət edilməsi vacib olan məqamları təqdim edir.

Ət Aldıqda Nələrə Diqqət Edilməlidir?

  • Ət etibarlı yerdən alınmalıdır. Qeyd etmək lazımdır ki, ətin xırdalanmadığını, canlı və parlaq qırmızı rəngdə olduğunu, səthində həddindən artıq yaş və yapışqanlığın olmadığını qeyd etmək lazımdır.
  • Heyvanların kəsilməzdən əvvəl baytar tərəfindən yoxlanılması mütləqdir. Sağlam heyvandan kəsilmiş ət olmalıdır.
  • Texniki-gigiyenik şəraitə cavab verən müəssisələrdə heyvanın kəsilməsi, doğranılması, soyudulması, qablaşdırılması prosedurlara uyğun aparılmalıdır.
  • Ət uzun müddət saxlandığından səthi nəmliyini itirməməli və quruduqca küt, tünd qəhvəyi və ya qaralmamış olmalıdır.
  • Dondurulmuş məhsul aldıqda, son istifadə tarixi yoxlanılmalıdır.
  • Ətin fərqli qoxusundan başqa, kəskinləşmiş pis qoxu, dərman qoxusu və ya dezinfeksiyaedici qoxununun olmaması təmin edilməlidir.
  • Gündəlik tələbatdan artıq alınan ətlər bir dəfəlik porsionlara bölünərək dərin dondurucularda saxlanılmalıdır.
  • Qəssabdan və ya marketlərdən ət aldıqdan sonra onu mümkün qədər tez evə gətirmək və soyuducuda saxlamaq lazımdır.
  • Mənşəyi məlum olmayan, markası olmayan məhsullar alınmamalıdır.
  • Ət istehlakında rəng nəzərə alınmalıdır
  • Ətin rəngi parlaq qırmızıdır. Oksigenə məruz qalmamış ət (məsələn, vakuumda qablaşdırılan) tünd qırmızı və ya bənövşəyi rəngdədir. Orta hesabla 15 dəqiqə havaya məruz qaldıqdan sonra ətin rəngi parlaq qırmızıya çevrilir.
  • Soyuducuda təxminən 5 gün saxlandıqdan sonra ət qəhvəyi rəng ola bilər. Uzun müddət gözləyərək qəhvəyi olan ət xarab ola bilər. Rəngindən başqa, həm də xoşagəlməz qoxu və yapışqan bir quruluşa malikdir.
  • Əti istifadə etdikdə onun quruluşuna və rənginə fikir vermək lazımdır.

Marketdən Və Bazardan Ət Nə Vaxt Alınmalıdır?

  • Ət tez xarab olan qida olduğundan, onu ən son almağa diqqət yetirilməlidir.
  • Alış-veriş zamanı sızmaların qarşısını almaq üçün çiy ət paketlərini ayrı-ayrılıqda plastik torbalara qoyun və soyuducuda +4 dərəcədə və ya dərhal istifadə etməyəcəksinizsə -18 dərəcədə dondurucuda saxlayın. .
  • Soyuducuda saxladığınız əti 3-5 gün ərzində mütləq istifadə edin.

Əvvəlcədən Bişmiş Ət Necə İstifadə Edilməlidir?

  • Bişmiş əti bağlı qablarda +4 dərəcədə soyuducuda və ya -18 dərəcədə dondurucuda saxlayın.
  • Soyuducuda saxlanılan bişmiş ət ən çox 3-4 gün ərzində ya soyuq, ya da 75 dərəcəyə qədər qızdırılmış halda istifadə edilməlidir.

Ətdən hazırlanan ən dadlı yemək reseptlərini bu məqaləmizdən oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.