1 yer. Çipslər və limonad
Biz tez-tez eşidirik ki, çipslər çox ziyanlı məhsuldur. Bəs onların ziyanı nədədir?
Çipslər yüksək dozalarda rəng və dadvericilər əlavə olunmuş ucuz yağlar və karbotidratların qarışığıdır. Çipslərdə külli miqdarda kanseroqen (xərçəng əmələ gətirən) maddələr var. Çipslərin tərkibində olan yağlar qanda xolesterinin səviyyəsini artırır ki, bunun nəticəsində insult və infarktın riski artır. Hamı bilir ki, çipslərin qəbulu piylənməyə səbəb olur. 200 qr çipslərin energetik dəyəri 1100 kkal təşkil edir ki, bu böyüklərin gündəlik normasının yarısını təşkil edir.
Limonadlar da çipslərlə eyni pillədə yerləşir. Limonad şəkər, qazlar və kimyəvi maddələrin qarışığıdır. Adətən limonadların tərkibinə sintetik şəkər əvəzedicisi “aspartam” daxildir. Belə hesab olunur ki, aspartam insanlarda depressiyanın, panikanın inkişafına səbəb olur.
Bundan əlavə aspartam susuzluğu azaltmır. Limonadların qəbulundan sonra ağızda şirin dad qalır ki, insan bu dadı aparmaq üçün limonadın növbəti porsiyasını qəbul etməli olur. Nəticədə limonadlar susuzluğu azaltmır, əksinə artırırlar.
Limonadların tərkibinə çoxlu miqdarda şəkər daxildir (0,33 ml-lik bankada 6-7 çay qaşığı şəkər var). Daim belə yüksək miqdarlarda qəbul olunan şəkər orqanizmdə müxtəlif pozulmalara yol açır.
Limonadın tərkibində olan konservantlar, rəngvericilər və s. ziyanlı maddələr orqanizmdə yığılır və müxtəlif pozulmalara (qəbizlik, dəri xəstəlikləri, mədə xəstəliklıri və s.) səbəb olur.
2 yer. Fast fud
Bütün tez hazırlanan qidalar (qamburger, dönər, kartof-fri, və s.), yarımfabrikatlar (dükanlarda satılan hazır suplar, vermişel, püre və s.), müxtəlif suxarı çox ziyanlıdır.
Tez-tez qəbul olunduqda belə qidalar müxtəlif həzm proseslərin pozulmalarına səbəb olur.
3 yer. Kolbasa, sosiska və s. hazır ət məhsulları.
Sosiska, kolbasa, dükanlarda satılan hazır düşbərə, farş, kotlet və s. qidalara külli miqdarda müxtəlif kimyəvi maddələr (rəng- və dadvericilər, emulqatorlar və s.) daxildir. Bu məhsulların tərkibində olan “fenol” maddəsi yüksək toksiki xüsusiyyətlərinə malikdir.
Hal hazırda belə məhsulların bir çox hissəsinə genlər səviyyəsində modifikasiya olunmuş hammal daxildir. Belə transgen məhsullar insanın orqanizminə genlər səviyyəsində təsir edir və müxtəlif mutasiyalara səbəb olur. Belə hesab olunur ki, 70% kolbasa və sosiskaların tərkibinə transgen paxla daxildir.
Hisə verilmiş hazır qidaların (kolbasa, ət, balıq və s.) tərkibində çoxlu miqdarda kanserogenlər var ki, bu maddələr xərçəng xəstəliklərin inkişafında böyük rol oynayır.
4 yer. Marqarin, hazır pirojnalar, peçenye və s.
Marqarin transgen yağdır. Tərkibində marqarin olan bütün hazır tortlar, pirojnalar, peçenye, vafli və s. məhsullar orqanizmdə maddələr mübadiləsi proseslərini pozur və piylənməyə səbəb olur.
5 yer. Energetik içkilər.
Bu içkilərin tərkibində külli miqdarda kofein, şəkər, rəngvericilər və s. daxildir.
6 yer. Rəngli çeynəməli konfetlər, çupa-çups, saqqız, rəngli marmelad və s.
Bu “qidalar” boş kalorilər və müxtəlif ziyanlı kimyəvi maddələrlə zəngindir.
7 yer. Mayonez, ketçup, digər hazır souslar.
Mayonezin tərkibində transyağlar, dadvercilər, konservantlar və s. ziyanlı maddələr olduqca çoxdur.
8 yer. Saxlama müddəti uzun olan süd və süd məhsulları.
Saxlama müddəti 1 aydan artıq olan bu məhsulların tərkibində çoxlu miqdarda konservantlar, stabilizatorlar və s. ziyanlı kimyəvi maddələr daxildir.
9 yer. Xarici ölkələrdən import olunan meyvə və tərəvəzlər
Yalnız yerli və mövsümi meyvə və tərəvəzləri yemək olar. Mövsümi olmayan və xarici ölkələrdən import olunan meyvə və tərəvəzlər kimyəvi maddələrlə işlənilir (uzun müddət ərzində saxlanılması üçün). Bu maddələr orqanizmdə yığılaraq intoksikasiyalara səbəb olur.
Orqanik.az