Ən zərərli hesab edilən şirniyyatlar

Tibb elmləri namizədi, həkim-dietoloq Lyudmila Zotova, ən zərərli şirniyyatlar haqqında danışıb.

Həkim ilk növbədə, fritürdə (yüksək temperatur dərəcəsinə çatdırılmış heyvan və ya bitki yağı) qızardılmış şirniyyatları misal çəkib. Bunlar ponçiklər, çak-çak, və buna oxşar yağda bişən şirnilərdir.

Ziyanlılıq bişmələrdə sadə şəkərin çox olması ilə əlaqədardır. Bu yolla hazırlanan desertlər, həmçinin trans yağlara malikdir, daha sonra maya xəmir desertləri, üçüncü sırada isə şokolad batonlar və kremli tortlar yer tutur.

Zotova, sağlamlıq üçün ən təhlükəli ləzzətli qidaları təyin etməyə kömək edən əsas qaydanı qeyd etmişdir. Onun fikrincə, şirin məhsulun tərkibi nə qədər mürəkkəb olsa, orqanizm üçün bir o qədər zərərlidir.

Dietoloq mikrobiologiya baxımından, bütün zülallı və südlü desertləri insan üçün təhlükəli olduğunu bildirib. Onların tərkibinə xam yumurta ağları əlavə edilir ki, buda tam bişməyə bilər.

Həkim, ən təhlükəsiz desertləri də sadalayıb, bunların arasında marmalad, meyvə əsasənda şirin xəmirdən hazırlanmış şirniyatları və zefiri qeyd edib. Yeganə şərt budur ki, bunlar sintetik əvəzedicilərlə deyil, təbii aqarla hazırlanmalıdır.

Qorxmadan, təbii tünd şokolad, meyvə cemi və bal yeyə bilərsiniz. Onun sözlərinə görə, seçim zamanı şokolad, meyvə cemi, zefir və bal kimi şirniyatları seçmək lazımdır, nəinki tərkibində çoxlu sayda maddələr olan şirniyatları.

Alimlər bildirir ki, qısa müddətdə həddindən artıq şirnidən istifadə etmək bağırsaq iltihabı xəstəliyinə səbəb ola bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.