Ən zərərli çərəz açıqlandı

Araxis və ya yer fındığı ən zərərli çərəzlərdən hesab olunur.

Bu barədə rusiyalı dietoloq Svetlana Pançenko  xəbərdarlıq edib.

Onun sözlərinə görə, əslində bir çoxlarının hesab etdiyi kimi araxis fındıqkimilərə aid deyil:

“Araxis əslində paxlalılar ailəsinə aiddir və yerdə bitir. Mənfi cəhətlərdən biri – ən çox güclü allergenlərdən biri hesab olunmasıdır. Torpaqda böyüdüyündən, o, tez-tez insan sağlamlığına mənfi təsir göstərə bilən kif göbələrlərinin , bu isə insan səhhətinə mənfi təsir göstərə bilər”, – deyə Pançenko izah edib.

O, istənilər qoz-fındıqların tərkibində də, araxisdə də fitin turşusu olduğu barədə xəbərdarlıq edib:

“Bu qidada olan bir sıra mikroelementlərin, məsələn, dəmirin mənimsənilməsinə mane olur. Buna görə də, çiy qoz-fındıqları yeməkdən əvvəl bir neçə saat isladıb sonra qurutmaq daha yaxşıdır”, – deyə diyetoloq sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, sadalanan xüsusiyyətlərə baxmayaraq, yerfındığının bir sıra faydalı xüsusiyyəti də var. Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur, bu səbəbdən ürək və damarlar üçün çox faydalı məhsuldur.

Həftədə 6 gün 1 ovuc (təxminən 30 qr) araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır. Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.

Maqnezium – damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır.

Fitosterol – pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur.  Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.