Əməliyyatxana xəstəxanalarda xəstələrin əməliyyat keçirdikləri şöbədir. Əməliyyatxana adətən cərrahiyyə şöbəsinin bir hissəsi hesab edilir. Burada həkim kollektivinin steril, sakit və rahat çalışması üçün hər cür şərait yaradılır. Əməliyyatxanada hər tərəf təmiz, steril, otaqlar işıqlı olmalıdır. Əməliyyat otaqlarının iri, çölə baxan pəncərələrinin olması vacibdir.
Əməliyyatxanada işləyən tibb işçilərinin həmin sahədə təhsil almaları vacibdir. Bu nəinki həkim personalına, hətta orta tibb işçilərinə də şamil edilməlidir.
Əməliyyatxanalar orada keçirilən əməliyyatların növündən asılı olaraq fərqli olur. Belkə ki, hər orqanın əməliyyatı zamanı istifadə edilən alətlər müxtəlif cür olduğundan, əməliyyatxanalar da müxtəlif şöbələrə ayrılır.
* ümumi cərrahi əməliyyatxana
* göz əməliyyatxanası
* burun, qulaq, boğaz əməliyyatxanası
* plastic cərrahiyyə şöbəsi
* travmatologiya əməliyyaxanası
* neyrocərrahiyyə
* ürək cərrahissəsi
* uroloji cərrahiyyə
* qadın-doğum əməliyyatxanası
Orqanik.az