Stress vəziyyəti, pis əhval-ruhiyyə, kədər, qəm, yuxusuzluq bir sıra qidalı maddələrin defisitini yaradır.
Bəzi qidalar bu vəziyyətlərdə köməyə yetə bilər.
“Medicina” xəbər verir ki, dietoloq Aleksandr Andreyev yaxşı əhval üçün qidaları açıqlayıb.
“Neyrotransitter maddəsini sintez edən qidalar rahatlanma, sakitlik, razılıq və pozitiv emosiyalara səbəb olur.
Bizim əhvalımız birbaşa orqanizmdə serotonin, dofamin, triptofanın miqdarından asılıdır.
Onların səviyyəsini bəzi qidalarla balanslaşdırmaq olar.
Mütləq ət olmalıdır – toyuq, mal, quzu. B12 ilə zəngin qidalar aminturşuları ilə dofamini yüksəldəcək.
Dəniz kələmi – B qrup vitaminlə zəngindir, böyrəküstü vəzilərə təsir edir.
Banan – triptofanla zəngindir, serotonini hasil edir.
Qarabaşaq, yulaf sıyıqları – triptofanla zəngindir.
Qoz, badam, fındıq – Omeqa 3 yağ turşuları ilə zəngindir.
Kakao, şokolad
Əhvalı pis olanlar, hər gün bu qidalardan qəbul etsin.
Orqanik.az