Serotonin, dopamin və endorfin kimi ləzzət hormonlarının çatışmazlığı qüssəyə və vəziyyətin pisləşməsinə səbəb ola bilər.
Bu barədə rusiyalı dietoloq Yelena Solomatina xəbərdarlıq edib.
Onun sözlərinə görə, əhvalı təkcə aşiq olmaq, alış-veriş, gəzinti və ya idman yüksəltmir, həmçinin məhsullar vasitəsilə kefi açmaq olar.
“Birincisi, bədəndə antidepresan kimi fəaliyyət göstərən D vitamini çatışmazlığına aradan qaldırmalıyıq. Bu, demək olar ki, hər kəsdə olur. Belə olan halda pəhrizə yağlı balıq və ya treska qaraciyəri əlavə etmək yaxşıdır”, – deyə dietoloq bildirib.
Solomatina həmçinin tərkibində maqnezium olan qidalara, o cümlədən tumlar, qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlərə ehtiyac olduğunu bildirdi.
“Bəzi “B” vitaminlər qrupunun məhsullarını da unutmayaq: bunlar tam taxıllardır. Rasiona həftədə bir dəfə qaraciyər əlavə etmək də yaxşıdır. Bu komponentlər mövcud deyilsə, qüssə, darıxmaq hissi gələ bilər”, – deyə dietoloq qeyd edib.
Solomatina əhval-ruhiyyəni yaxşılaşdıra bilən məhsullar arasında yulaf əzməsi, pomidor, göbələk və hinduşka ətini də qeyd edib.
Orqanik.az