Körpə uşaqlar ilk çətinlik yatır, gecə ilə gündüzün yerini dəyişik salırlar. Bəzən elə olur ki, gecələr uşaqlar tez-tez oyanaraq yenidən yuxuya getməkdə çətinlik çəkirlər.
Orqanik.az Orqanik.az-a istinadən pediatr Tərlan Eyyubovun bu barədə məsləhətlərini təqdim edir:
– Yataq otağında hava sərin və nəm olmalıdır. Yataq otağı üçün ən münasib temperatur 18-20°С (amma24 dən yuxarı olmamalı). Yatmazdan əvvəl otağın havasını dəyişin. Havada nə qədər çox oksigen olasa, yuxunun dərin fazası bir o qədər uzun olur. Buna görə də, uşaqlar küçəyə çıxdıqda daha uzun yatırlar. Yeri gəlmişkən ən yaxşı fikir yatmazdan əvvəl uşaqla gəzintiyə çıxmaqdır. Təmiz hava uşaqlara daha davamlı yatmağa və immunitetlərinin gücləndirməsinə köməklik edir. Digər tərəfdən, kolyaska ilə gəzinti ananın arıqlamasına da köməklik göstərər. Təmiz havada oxumaq və ya toxuma fəaliyyəti sinir sistemini sakitləşdirər.
– Yenidoğulmuş körpələr jaluz və pərdələr örtüldüyü otaqlarda daha davamlı yatırlar. Alatoranlıq uzunmüddətli yuxu üçün məqsədəuyğundur. Əgəgr uşağınız qaranlıqdan qorxarsa (bu ümumiyyətlə az rast gəlinir), koridorda işığı yanılı qoya bilərsiz və ya gecə lampası ala bilərsiz.
– Tox uşaq daha davamlı və uzun yatır, ona görə də gündüz və axşam yuxusundan əvvəl uşaqlarınızı yedizdirin.
Orqanik.az