Cinsiyyət orqanlarını qırmızı işıqla müalicə edərkən, cinsi zəifliyi aradan qaldırmağın mümkün olduğunu araşdırıblar.

Cinsiyyət orqanlarını qırmızı işıqla müalicə edərkən, cinsi zəifliyi aradan qaldırmağın mümkün olduğunu araşdırıblar.
Xoruldamaq əksər insanlarada yatan zaman xoşagəlməyən gur səsin olmasıdır. Bu həm xoruldayan adamın, həm də onun yaxınlığında yatan adamın problemi sayılır.
Xoruldamaq zərərsizdir və əksər hallarda burun yollarının tutulması səbəbində ağız vasitəsilə nəfəs aldıqda meydana çıxır.
Xoruldamaqdan azad olmaq üçün aşağıdakılara əməl etmək lazımdır:
* yab btərəfi üstündə yatmaq
* arıqlamaq
* spirtli içki qəbul etməmək
* əlaməti əmələ gətirən səbəbi həkimin müayinsi vasitəsilə araşdırıb aradan qaldırmaq.
Yatmazdan əvvəl uzun müddət aşağıdakı qarışımı içsəniz xoruldamaqdan xilas ola bilərsiniz.
Lazım olanlar:
Alma – 2 ədəd
Yerkökü – 2 ədəd
Limon – ¼ ədəd
Zəncəfil kökü – 1 ədəd
Tərəvəzlərin hamısı blenderdə üyüdülür və yatmazdan əvvəl qəbul edilir.
Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az dərman vasitlərindən istifadə etməklə bronxial astmanın təzahürlərini azaltmaqdan ibarətdir. Astma zamanı dərmanların miqdarı və qəbul edilmə tezliyi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir.
Xəstəliyin birici mərhələsində dərmanlar fiziki gərginlikdən əvvəl verilir. Xəstəyə həkim dozasını təyin etməklə teofillin verilir və allergenlə spesifik immunoterapioya aparılır.
Sonralar xəstəyə inhalyasyon kortikosteroidlər təyin edilir.
Bronxial astmanın təzahürləri aradan qalxmadıqda gündəlik olaraq xəstəyə iltihabəleyhinə dərman vasitələri təyin edilir. Bu zaman xəstələrə uzunmüddətli təsirə malik bronxodilatatorlardan istifadə edilir. Bu adətən gecə tutmaları baş verən xəstələrə təyin edilir.
Xəstəliyin gedişi ağır olduqda xəstəliyə tam nəzarət etmək mümkün olmur. Bu zaman xəstələrə əvvəlki dərmanlarla yanaşı adrenomimetiklər təyin edilir. Bu zaman adrenomimetiklərlə yanaşı xəstəyə xolinoblakatorlar da təyin edilir. İnholyasiya xəstəliyin qısamüddətdə əlamətlərinin aradan qaldırılmasında çox yardımçı olur. İnholyasiya qısamüddətli təsirli adrenomimetiklər simptomları yüngülləşdirmək üçün lazımdır, amma sutka ərzində 3-4 dəfədən çox olmamalıdır.
Bronxial astmanın müalicəsində aşağıdakı müalicə tədbirlrindən istifadə edilməlidir:
* Xəstələrə allergenlə spesifik müalicə, yüngülləşdirici pəhriz terapiya, baroterapiya, iynərefleksoterapiya tətbiq edilir.
* İnfeksiyadan asılı astmalı xəstələrdə infeksiya ocağının sanasiyası, mukolitik müalicə tətbiq edilir.
* Autoimmun astmalı xəstələrə qlükokortikoidlərdən başqa sitostatik preparatlar təyin edilir.
* Aspirin astmalı xəstələrə antileykotrein preparatlar təyin edilir.
* Hormondan asılı astmalı xəstələrə klükokoprtikosteroidlərin təyini sxemlə təyin edilir.
* Kəskin ifadə olunmuş xolinergik variantlı xəstələrə xolinoblakatorlar təyin edilir.
* Bronxial astmalı xəstələrə xəstəliyin hər mərhələsində müalicə bədən tərbiyəsi effektli təsir göstərir.
Uşaqlarda müşahidə olunan ishal əsas problemlərdən biridir. İshal olan uşaqlar ilk olaraq pediatra müraciət etməlidirlər. Çünki əsas səbəb araşdırılmalıdır. Əgər xüsusi bir xəstəlik səbəbi yoxdursa immunitet.az-ın təqdim etdiyi üsullarla övladınızı ishaldan xilas edə bilərsiniz: İlk olaraq qeyd edək ki, ishal 24 ərzində uşağın 3 dəfədən artıq sulu çölə çıxmasıdır(tualet ehtiyacı). Əmizdirilən körpələrdə isə bu rəqəm […]
Dil xərçəngi ən çox müşahidə edilən xərçəng növləri sırasındadır. Kişilərdə daha çox müşahidə edilir. Gizli irəliləyən, diaqnozu çətin qoyulan xərçəng növüdür.
Xroniki yorğunluq sindromu bu gün dünyada az qala hər insanın diaqnozudur və burden çox xəstəliklər qaynaqlanır. İnsan getdikcə özünü pis hiss edir, həkimlərə gedir, hər həkim özünə uyğun müayinələr təyin edir, özünə uyğun diaqnoz qoyur və müalicə yazır.
“Qızdırma olmadan öskürək həmişə təhlükəli bir simptom kimi qəbul edilmir”.
Öskürək bir əlamət kimi geniş yayılıb. Öskürək bir çox xəstəliklərin əlaməti kimi meydana çıxa bilir. Bu xəstəliklərin sırasına bronxit, laringit, ümumi soyuqlama, qripp, ağ ciyərlərin soyuqlaması, allergiya xəstəlikləri, faringit və s. aiddir. Öskürmə zamanı qida qəbul eləmək, yatmaq, işləmək çətinləşir.
Arterial təzyiqin aşağı düşməsinə aşağıdakı xəstəliklər səbəb ola bilər:
– hamiləlik
– ürək xəstəlikləri
– endokrin xəstəliklər
– susuzluq
– qanitirmə
– kəskin infeksiyalar
– zəif qidalanma.
Arterial təzyiq aşağı olan zaman xəstədə bəzi əlamətlər özünü biruzə verir:
– baş hərlənməsi
– bayılma
– diqqətsizlik
– bulanıq görmə
– ürəkbulanma
– soyuq tər
– təngnəfəslik
– yorğunluq
– susuzluq
– depressiya.
Xəstələrdə aşağı təzyiq əlamətləri meydana çıxdığı zaman mütləq həkimə müraciət etmək lazımdır. Həkimin müalicəsinə əməl etməklə atrerial təzyiqi normal saxlamaq mümkündür. Amma bəzi təbii vasitələrlə də arterial təzyiqi yuxarı qaldırmaq olur.
Duz.
Duz arterial təzyiqi yuxarı qaldırır. Aşağı təzyiqdən əziyyət çəkən xəstələr duzlu qidalar qəbul etməklə təzyiqlərini yuxarı qaldıra bilərlər.
Çoxlu maye qəbulu.
Orqanizmin ehtiyacı olduğu qədər maye qəbul etməmək təzyiqi aşağı sala bilir. Arterial təzyiqi aşağı olan adamlar normadan çox maye qəbul etməklə təzyiqlərini yuxarı qaldıra bilirlər.
Geyimə qarşı diqqətli olmaq.
Aşağı ətraflarında varikoz genəlmələr olan xəstələrin geyindiyi corablar, sıx paltarlar təzyiqin aşağı düşməsinə səbəb ola bilir. Buna görə də təzyiqi aşağı olan adamlara geniş paltar geyinmək məsləhət görülür.
Stress.
Qəfil eşidilən pis xəbər, qəfil baş verən pis hadisə sinir sistemi zəif olan adamlarda təzyiqin aşağı düşməsinə səbə olur. Belə hadisələrlə rastlaşan adamların təzyiqini bəzi qida maddələrindən istifadə etməklə qadırmaq olur.
Təzyiq düşən zaman aşağıdakı qida maddələri ilə təzyiqi qaldırmaq olur:
– kofe
– duzlu su
– üzüm
– reyhan
– pencər suyu
– badam, qoz və s.
– bibəriyyə
– yerkökü şirəsi.
Yüksək təzyiq xəstəliyinin müalicəsi üçün əvvəlcə yediklərinizə diqqət etməlisiniz.