Özbək aşı resepti

Dec 10, 2024
Yemək reseptləri
Özbək aşı resepti

Tərkibi

1 kq düyü

1 kq qoyun əti

1 kq yerkökü

300 ml duru yağ

4 ədəd soğan

2 ədəd qurudulmuş acı bibər (çox böyük olmasın)

2 baş sarımsaq

1 x/q zirinc

1 x/q cirə

1 ç/q keşniş toxumu

Duz

Addım 1

Əvvəlcə düyünü yuyuruq. Düyünün suyu tam şəffaflaşana qədər yumağa davam edirik.

Addım 2

Qoyun ətini yuyuruq və doğrayırıq. 3 ədəd soğanı və yerköküləri yuyub təmizləyirik. Soğanı nazik-nazik, yerkökünü isə 1sm qalınlığında uzunsov doğrayırıq. Sarımsaqların üstünün qabığını təmizləyirik, amma dişlərə ayırmırıq

Addım 3

Divarları qalın olan bir qazan götürün və onu qızdırın. Daha sonra buraya yağı əlavə edin. Yağ qızdıqdan sonra kənarda saxladığımız 1 ədəd soğanı bu yağın içinə qoyun. Soğanın rəngi qaralana qədər qızardın. Daha sonra rəngi qaralmış soğanı tavadan çıxardın

Addım 4

İndi isə soğançanı hazırlayaq. Doğradığımız soğanı tavanın içinə tökürük, qızılı rəng alana qədər bişiririk. (təxminən 7 dəqiqə). Daha sonra əti əlavə edirik və qızarana qədər bişiririk.

Addım 5

Daha sonra yerkökünü əlavə edirik və qarışdırmadan 3 dəqiqə qızardırıq. Daha sonra hamısını qarışdırıb 10 dəqiqə yenə bişiririk. (arada yüngül qarışdırmaq olar). Cirəni və keşnik toxumlarını ya əlinizdə ya da bir qabda əzib zirinc və duzla birlikdə yeməyimizə əlavə edirik. Sobanın istiliyini biraz azaldırıq və yerkökü yumşalana qədər 7-10 dəqiqə bişiririk. Daha sonra qazana 2 sm hündürlüyündə qaynar su tökürük və üzərinə acı bibərləri qoyuruq. Sobanın istiliyini biraz da azaldıb, sərin temperaturda 1 saat bişiririk.

Addım 6

Təmiz olması üçün düyünü bir daha yuyuruq və suyunun çəkilməsini gözləyirik. Daha sonra düyünü hazır olan qarışımın üzərinə bərabər miqdarda qoyuruq. Sobanın istiliyini artırırıq. Qazana qaşığın köməkliyi ilə düyünün üstünü örtəcək qədər qaynar su tökürük.
Su çəkilməyə başlayanda sarımsaqları aşın içinə basdırın, sobanın istiliyini orta dərəcəyə endirin və düyü bişənə qədər aşı bişirin.

Addım 7

Aşın üstünə bir qab qoyub, sobanın istiliyini azaldıb 30 dəqiqə aşı dəmlənməyə qoyun.

Nuş olsun!

Son yazılar

Sobada ətli pirojki resepti

Dec 10, 2024
Yemək reseptləri

Blinçik xəmiri resepti

Dec 10, 2024
Yemək reseptləri

Pelmeni resepti

Dec 10, 2024
Yemək reseptləri

Özbək aşı resepti

Dec 10, 2024
Yemək reseptləri

Sırniki (Сырники) resepti

Dec 10, 2024
Şirniyat reseptləri

Acika resepti

Dec 10, 2024
Salat reseptləri

Leço resepti

Dec 10, 2024
Salat reseptləri
Bütün kateqoriyalar
Endirimlər
Günün endirimi