Ərzaqlar
3 kq pomidor
2 kq qırmızı bibər
1 kq yaşıl bibər
4 ədəd acı bibər
1/2 kq soğan
1/2 kq yerkökü
250 ml duru yağ
5-6 ədəd dəfnə yarpağı
10-15 ədəd qara istiot
2 x/q duz
4 x/q şəkər tozu
3 x/q üzüm sirkəsi
Addım 1
İlk öncə bütün ərzaqlarımızı yuyub təmizləyirik.
Birinci soğanları doğrayın. Bütün soğanları uzunsov formada doğrayın. (şəkildəki kimi)
Daha sonra bu soğanları qazana töküb üzərinə 250 ml duru yağ əlavə edib biraz bişirin. Soğanın qızarmamasına diqqət edin.
Eyni qayda ilə yerkökülərini doğrayın. Soğanı təxminən 10 dəqiqə bişirdikdən sonra buraya yerkökülərini əlavə edin. Yerkökünü soğanla birlikdə təxminən 10-15 dəqiqə bişirin.
Addım 2
Bu müddətdə doğranmış pomidorları və acı bibərləri ət çəkən maşından çəkib kənara qoyun. Daha sonra bibərləri çox nazik olmadan uzunsov doğrayın.
Yerkökü təxminən 10-15 dəqiqə bişdikdən sonra buraya pomidoru əlavə edib 10-15 dəqiqə yenə bişiririk. Daha sonra bibərləri, duzu, qara istiotu, şəkər tozunu və dəfnə yarpağını əlavə edib 2 saat bişiririk.
Bişənə yaxın isə üzüm sirkəsini əlavə edib təxminən 15 dəqiqə bişirib sobanı söndürürük.
Hazır olan Leçomuzu isti-isti bankalara yığırıq.
Nuş olsun!