2 kq pomidor
5 kq qırmızı bibər
2 ədəd acı bibər
150 qram 2 baş sarımsaq
1 dəstə cəfəri
200 qram duru yağ
2 x/q şəkər tozu
Duz
Hazırlanması
İlk öncə bütün ərzaqlarımızı təmizləyib yuyuruq. Ərzaqları ət çəkən maşından çəkəcəyimiz üçün onları xırda hissələrə ayırırıq. Pomidorları ət çəkən maşından keçirtdikdən sonra onu yenidən sürtgəcdən əlinizlə keçirin. Bu pomidorun çəyirdəklərini seçmək üçündür. Daha sonra çəkilmiş pomidoru, bibəri və sarımsağı bir qazana tökürük. Buraya duru yağı, şəkər tozunu, çəkilmiş acı bibəri, duzu əlavə edib sobanın üzərinə qoyuruq. 1 saat bişdikdən sonra xırda-xırda doğranmış cəfərini əlavə edib 15 dəqiqə yenə bişiririk.
Bankaları sterilizə etdikdən sonra acikanı isti-isti bankalara yığıb ağzını bağlayırıq.
Nuş olsun!