Tərkibi
1 kq əncir
800 qr şəkər tozu
1 stəkan su
Addım 1
Birinci əncirləri təmiz yuyuruq. Daha sonra qabıqlarını soyuruq.
Addım 2
Əncirlərin qabıqlarını soyduqdan sonra 800 qram şəkər tozuna 1 stəkan su əlavə edib şərbət hazırlayırıq. Hazır olmuş şərbətə əncirləri töküb 3-4 dəqiqə bişirib, sobanı söndürürük. 3-4 saat əncirləri kənarda gözlədirik.
Addım 3
Təxminən 3-4 saat keçdikdən sonra ənciri yenidən sobanın üzərinə qoyub təxminən 1 saat 15-20 dəqiqə bişirin. Bişdikcə üstündə əmələ gələn köpüklər yığılmalıdır.
Qeyd edək ki, bişənə yaxın içinə 2-3 ədəd limon dilimi ata bilərsiniz.
Nuş olsun!