Quzu qol ətini sevən və sümüklü ət yeməyi digər ətlərdən daha dadlı hesab edənlər üçün gözəl yemək reseptləri bizdən olsun. Dadlı quzu qol ətindən hazırlanan biri-birindən dadlı yemək reseptlərini sizə təqdim edirik.
Quzu qolu necə bişirmək olar? Sobada, düdüklüdə və ya soba paketində müxtəlif reseptlərə hazırlanmış yeməklər qonaqlar üçün ziyafət yeməyi və ya şam yeməyi üçün alternativ ola bilər. Bulqur plovu və ya düyü dolması ilə verilən quzu qolu reseptlərindən istədiyiniz yemək reseptini seçə bilərsiniz.
Təndirdə bişən quzu qulunun dadını verən, su və ya yağ qatılmadan yavaş-yavaş bişirilən fərqli reseptlər ilə öz mətbəxinizdə ləzzətli quzu qolu yeməkləri hazırlaya bilərsiniz.
Quzu qol ətindən hazırlanan reseptlərin mükəmməl dadından zövq almaq üçün bu siyahını nəzərdən keçirməyinizi tövsiyə edirik.
İÇİNDƏKİLƏR
Quzu ətindən buğlama
Quzu ətindən buğlama resepti üçün inqrediyentlər
- 2 kq sümüklü quzu qol əti
- 6 ədəd baş soğan
- 6 ədəd pomidor
- 6 ədəd şirin bibər
- 3 diş sarımsaq (zövqə görə)
- 2-3 x.q əridilmiş kərə yağı
- 1 ədəd limon
- 1 dəstə cəfəri
- Duz
- Istiot
Hazırlanma qaydası
- Əvvəlcə əti yuyub 1/2 limon suyu, duz istiot töküb qarışdırırıq. Sərin yerdə 1-2 saat saxlayırıq.
- Soğanların qabığını soyub yuduqdan sonra halqa formasında doğrayırıq.
- Göyərtini təmizləyib yuyub doğrayırıq. (Bişdikdən sonra Cəfərini yeməkdən çıxarmaq istəyirsinizsə doğramadan dəstə formasında qoya bilərsiniz)
- Sarımsağı təmizləyib yuyub xirda doğrayırıq.
- Bibəri təmizləyib yuyub doğrayırıq.
- Pomidorun qabığını soyub halqa doğrayırıq.
- Birinci qazana pomidor tökürük. (Pomidor sulu olduğu üçün qazanın dibinin tutmasına imkan verməyəcək)
- İkinci olaraq qazana əti əlavə edin.
- Ətin üstünə soğandan səpirik.
- Sonra göyərtinin yarısını qoyuruq.
- Göyərtinin üzərinə bibər səpirik
- Sonra sarımsaq səpirik
Yuxarıdakı qayda ilə əlimizdə olan bütün inqrediyentlər bitənə qədər bu prosesi təkrarlayırıq. Limonun yarısını sıxıb yeməyə əlavə edirik. Yağı, duzu və istiotu toküb vam odda 2-2,5 saata bişiririk. Suyu çəkilib yağa düşəndə qoxusunnanda yeməyimizin artıq hazır olduğunu anlayacaqsınız.
Nuş olsun!
Evdə hazırlanmış Quzu Təndir
Evdə hazırlaya biləcəyiniz ən dadlı quzu qol ətindən təndir.
Ev üslubunda quzu təndir resepti üçün inqrediyentlər
- Quzu qol əti (2 kq)
- 3 diş əzilmiş sarımsaq
- 1,5 çay qaşığı qara bibər
- 1,5 çay qaşığı qırmızı bibər
- 1,5 çay qaşığı kimyon
- 1 çay qaşığı kəklikotu
- 1,5 çay qaşığı duz
- Zeytun yağı
Servis üçün:
- Pomidor
- Soğan
- Cəfəri
- Yaşıl bibər
- Pide çörəyi
Ev üslubunda quzu təndir resepti necə hazırlanır?
- Bir qabda qara bibər, qırmızı bibər, zirə, kəklikotu, duz, sarımsaq və zeytun yağını qarışdıraq.
- Bıçaqla ətin üstündə şıramlar (uzun kəsiklər) atırıq.
- Hazırladığımız zeytunyağlı qarışığı ətin hər tərəfinə sürtürük, açıq qalmaması üçün yağlı kağız ilə sarıyırıq və ən az 30-45 dəqiqə saxlayırıq.
- 220 dərəcədə sobada 1,5 – 2 saat bişiririk.
- Pide çörəyi, pomidor, soğan, cəfəri və bibərlə süfrəyə veririk.
Nuş olsun.
Reviews
There are no reviews yet.