Qəhvə uzun müddətdir ki, bir çox insanın sevimli içkisi olub, lakin onun orqanizmdə dəmir səviyyəsinə mənfi təsiri varmı? Bu gün qəhvənin müxtəlif növləri, eləcə də onu hazırlamaq üçün bir çox üsullar mövcuddur və qəhvə tez-tez desertlər və yeməklərlə müşayiət olunur. Ancaq bəzi insanlar yeməklə qəhvə içməkdən çəkinirlər.
Orqanik.az lent.az-a istinadən bildirir ki, müxtəlif araşdırmalara görə, böyüklərin 70-80 faizi qəhvə və ya yüksək konsentrasiyada kofein olan digər içkilər içir və fenolik turşularla zəngin içkilər bağırsaqlarda dəmirin sorulmasını məhdudlaşdıraraq, dəmir çatışmazlığına səbəb olur.
Ən çox kofein konsentrasiyası olan içkilər: nanə (73 faiz azalır), qara çay (79 faizdən 94 faizə qədər), cökə (52 faiz), verbena – 59 faiz (minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi-red.), çobanyastığı (47 faiz) və qəhvə (40 faiz).
Beləliklə, bu içkiləri yemək zamanı içmək faydalı maddələrin qana və bədənin digər hissələrinə sorulmasına mane ola bilər. Maraqlıdır ki, bu effekt kofeinsiz qəhvə istifadəsi ilə davam edir.
Ən yaxşı nəticə əldə etmək və orqanizminizi formada saxlamaq istəyirsinizsə, əsas yeməkdən 30-60 dəqiqə sonra qəhvə içmək məsləhətdir. Qeyd etmək lazımdır ki, şəkər və ya süd əlavə edilmiş qəhvə toxluq hissi yarada bilər, bu o deməkdir ki, içki içmək vaxtını daha gec bir ana keçirmək lazımdır.
Orqanik.az