Üz, saç və dəri üçün 1 vasitə

Tərkibindəki probiyotiklərlə sağlamlığınızı müdafiə edən qatıq həm də bədən, üz, və saç baxımında ən təsirli vasitədir.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, dərinizin parlaq olması üçün bir neçə yemək qaşığı qatığı cildə çəkməyiniz kifayətdir. 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yaxşıca yuyun və nəmləndiricidən istifadə edin.

Üzünüzə, saçınıza və dərinizə tətbiq edə biləcəyiniz digər maskalar.

Tərkibi:

2 xörək qaşığı qatıq
1-2 çay qaşığı bal
4-5 damcı limon suyu
bir ovuc qaragilə

Krem halına gələnə qədər hamısını birlikdə qarışdırın. Fırça və ya barmağınızla üzünüzə və boynunuza çəkin. 15-20 dəqiqə gözləyib, isti su ilə yuyun.

Tərkibi:

2 xörək qaşığı düz qatıq
5-6 çiyələk

Yaxşıca qarışdırıb təmiz dəriyə çəkin və 10 dəqiqə saxlayın. İlıq su ilə yuyun. Sonda nəmləndiricidən istifadə edin.

Tərkibi:

1/3 fincan bişmiş yulaf əzməsi
2 xörək qaşığı qatıq

Qarışdırıb dərinizə çəkin, 10-15 dəqiqə gözləyib və isti su ilə yuyun.

Tərkibi:

1 fincan qəhvəyi şəkər
1/2 fincan zeytun yağı
1/2 fincan qatıq
2 xörək qaşığı bal

Qarışımı dairəvi hərəkətlərlə dərinizə yumşaq bir şəkildə tətbiq edin. Daha sonra duş qəbul etməyi unutmayın.

Tərkibi:

2 xörək qaşığı qatıq
2 xörək qaşığı bal
1/2 çay qaşığı zeytun yağı

Maskanı baş dərinizə masaj edərək tətbiq edin və yumazdan əvvəl maskanı ən az 15 dəqiqə saxlayın. Saçdan yaxşı təmizləmək üçün şampunlayıb ilıq su ilə yuyun.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.