Üşümək artıq çəkidən xilas edir

Avstraliya alimləri arıqlamağın yeni üsulunu tapıb.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində soyuqda titrəməyin çəki atmağa kömək etdiyi məlum olub.

Sidney Universitetinin alimləri 10 dəqiqə soyuq havada titrəməyin 1 saat idman etməklə eyni qədər kalori itkisinə səbəb olduğunu müəyyənləşdiriblər. Bunun üçün həmin məkanda havanın temperaturunun 15 dərəcədən aşağı olması kifayətdir.

Soyuq hava əzələləri sıxaraq insan orqanizmindəki zərərli yağları əridən hormonun yaranmasına səbəb olur. Bu tapıntı ürək və şəkər xəstəliyinin qarşısının alınmasında rol oynaya bilər.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.