Uşaqlarınızı cəsarətli böyütmək üçün bunları edin

Valideynlərin öhdəsinə düşən işlərdən biri də övladlarını yetəri qədər cəsarətli biri olaraq böyütməkdir.

Axşam.az övladlarınıza cəsarət hissini aşılamaq üçün bir neçə üsul təqdim edir:

– Uşaqlarınıza özünü ifadə edə bilməsi üçün imkan yaradın. Çünki özlərini nə qədər yaxşı ifadə etsələr o qədər çox cəsarətli olacaqlar.

– Fikirlərini və sözlərini aşağılamayın. Onları mümkün qədər ciddiyə almağa çalışın.

– Onlara və düşüncə tərzlərinə hörmət etdiyinizi bildirin.

– Uşaqlarınıza özlərini və başqalarını ittiham etməyin düzgün olmadığını izah edin.

– Hər kəsin bərabərhüquqlu olduğunu bilmələri də əsas şərtlərdəndir.

– Övladlarınıza yalan danışmayın. Onlara da yalanın düzgün olmadığını bildirin.

– Ətrafda baş verən hadisələrə real yanaşmaq uşaqlarınızın daha tez inkişaf etmələrinə imkan yaradacaq.

– Soruşduqları hər suala mümkün qədər ətraflı və geniş cavab verməyə çalışın.

– Hər şey haqqında yox, lazımlı olanlar haqqında bilməsi lazım olduğunu öyrədin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.