Stressi azaldan, ürəyi qoruyan DƏMLƏMƏ. Rus kardioloqun resepti

Stress, xüsusilə də xroniki stress bir çox ürək-damar, sinir, endokrin və s. kimi xəstəliklərin əsas səbəblərindən biridir. Stress immun sisteminin əsas düşmənidir.

Müasir insanın həyatı streslə olduqca zəngindir.

Stresdən xüsusilə ürək-damar sistemi əziyyət çəkir. Stress damarların xroniki sıxılmasına səbəb olur ki, bu da infarkt və insult kimi ağır pozulmaların riskini artırır. Xalq təbabəti streslə mübarizə etmək üçün bir çox vasitələri təqdim edir. Ənənəvi tibb də bu vasitələdən geniş istifadə edir.

Orqanik.az oxucularını rus kardioloqu Serqey Zotovun xəstələrinə tövsiyə etdiyi sakitləşdirici dəmləmənin resepti ilə tanış edir.

2 x.q. pişikotu kökünün (“valeryan” bitkisinin kökü) üzərinə 1 l soyuq su tökün, qapaqla örtün, 1 gün ərzində soyuducuda saxlayın. Sonra odun üzərinə qoyun, qaynara düşəndə 3 dəqiqə ərzində vam odda saxlayın. Oddan götürün, ədyalla bükün. 30 dəqiqədən sonra dəmləməni süzün. Hazır dəmləməni soyuducuda saxlayın və hər gün yatmazdan əvvəl dəmləmədən 1/2 stəkan qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin. Bal da sinir sistemi üçün çox faydalıdır, orqanizmə ümumimöhkəmləndirici təsir edir.

Bu dəmləməni hər gün 1,5-2 ay ərzində qəbul edin.

Dəmləmə xroniki streslərdən, yuxusuzluqdan əziyyət çəkənlərə yaxşı kömək edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.