Şor (kəsmik, tvoroq) faydaları zərərləri

Şor (kəsmik, tvoroq) istehlakı

Şor Kəsmik (tvoroq) – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış sud məhsulu.

Dəmir və kalsium mənbəyi olan şor nədir?

Səhər yeməyində tez-tez istifadə etdiyimiz şor (tvoroq) ölkəmizin demək olar ki, hər bölgəsində istehsal olunan süd məhsuludur. Tərkibində kalsium olan şor məhsulları fərqli duz nisbətləri və dadları sayəsində hər yaşdan insanın istifadə edə biləcəyi qida məhsullarıdır. Həm sağlam, həm də ləzzətli şoru səhər yeməyi, həmçinin xəmir və ya yeməklər üçün istifadə edə bilərsiniz. Ən çox istehlak edilən yerli şor növləri arasında olan kəsmik, quruluşca yumşaq qatılaşdırılmış süd məhsuluur. ‘Kəsmik nədir, faydası nədir, hansı süddən alınır, necə istehlak edilməlidir, nə qədər istehlak edilməlidir’ kimi sualların cavabını yazımızın davamında görə bilərsiniz.

Şor (kəsmik, tvoroq) faydaları zərərləri
Şor (kəsmik, tvoroq)

Adətən inək südündən əldə edilən kəsmik (şor, tvoroq) istehsalı zamanı əldə edilən zərdabın qazanda qızdırılaraq laxtalanması ilə hazırlanır. Sonra əmələ gələn laxtalar bir parça köməyi ilə süzülür. Şor, xüsusilə nehrə yağının istehsalında qalan zərdabdan istehsal olunur. Səbəb yağ hazırlanarkən ayrana müəyyən qədər yağın keçməsidir. Şor (kəsmik, tvoroq) məhsullarının duzlu və ya duzsuz iki növü var. Qida dəyəri çox yüksək olan şor (kəsmik, tvoroq) tərkibindəki minerallar və vitaminlər sayəsində insan orqanizmi üçün bir çox faydalar təmin edir.

Şor (kəsmik, tvoroq) faydaları nələrdir?

Təzə şor (kəsmik, tvoroq): Dadından əlavə, kalium, zülal, kalsium, A və C qrup vitaminləri baxımından çox zəngindir. Şor yüksək protein tərkibinə görə idmanla məşğul olan insanlar tərəfindən tez-tez istifadə olunur. İmmuniteti zəif olanların, idmançıların, pəhriz saxlayanların və təzyiq xəstələrinin sevimlisi olan kəsmik sağlamlıq üçün faydaları saymaqla bitmir.

Kəsmik (şor, tvoroq) faydaları

Tərkibində yüksək miqdarda minerallar və vitaminlər olan kəsmik immunitet sistemini gücləndirir və orqanizmi daha davamlı edir.
Digər süd məhsulları kimi kalsium anbarı olan kəsmik sümüklərin inkişafında mühüm rol oynayır. Eyni zamanda kəsmik sonrakı yaşlarda baş verə biləcək müxtəlif sümük xəstəliklərinin müalicəsində də istifadə oluna bilər.

Kəsmik inək südündən alınsa da, tərkibində antigen zülallar yoxdur.
Güclü antioksidant mənbəyi olduğu üçün bədəni xərçəng kimi xəstəliklərə qarşı qoruyur.
Kəsmik yüksək bioloji dəyərə malikdir. Səbəb onun tərkibində serum zülalının olmasıdır. Serum proteini bütün bədən və əzələ zülallarının daha çox sintezini təmin edir. Bu səbəbdən həddindən artıq məşq nəticəsində yarana biləcək əzələ zədələrində müalicəvi təsir göstərir. Bu səbəbdən bədən tərbiyəsi idmanı ilə maraqlanan insanlar tərəfindən tez-tez istehlak edilir.

Çox qidalı və doyurucu olan kəsmik (şor, tvoroq) həm də pəhriz saxlayanların bir nömrəli seçimidir.

Kəsmik (şor, tvoroq) necə istehlak olunur?

Kəsmik insan orqanizmi üçün bir çox fayda təmin etməklə yanaşı, süfrələrə təqdim etdiyi dadı ilə ölkəmizdə tez-tez istehlak edilən yerli pendir növləri arasındadır. Südün ən saf forması olan kəsmik pendiri səhər yeməyinizdə duzlu, az duzlu və duzsuz təqdim edə bilərsiniz. Çiy istehlak edə biləcəyiniz kəsmik tavada qızardaraq da istehlak edə bilərsiniz. Müxtəlif ədviyyatlarla qarışdıraraq istehlak edə biləcəyiniz özünəməxsus ləzzəti olan bu süd məhsuludur: Börək və digər xəmirlərə də ləzzət qatır.

Mövsümi göyərti ilə hazırlanan salatlara əlavə etməklə salatların dadını artıra bilərsiniz. Dadı ilə pizzaları tamamlayan kəsmik , qidalılığına görə zülal baxımından zənginləşdirən şor növləri arasındadır.

Şor (kəsmik, tvoroq) istehlakı
Şor (kəsmik, tvoroq) istehlakı

Kəsmik (şor, tvoroq) nə qədər istehlak edilməlidir?

İnsan orqanizmi üçün bir çox faydası olan kəsmik (şor, tvoroq) istehlak edərkən diqqət yetirilməli olan bəzi məqamlar var. Şor tərkibində zülal çox olduğu üçün artıq proteinin ona zərər verə biləcəyi gut kimi xəstəlikləri olan insanlar onu istehlak edərkən diqqətli olmalıdırlar. Anaların ən çox maraqlandığı mövzu şorun körpələrə verilib-verilməməsidir.

Şor (tvoroq) 6 aydan yuxarı körpələrə rahatlıqla verilə bilər. Ancaq körpələrə verilən kəsmik ədviyyatsız, yağsız və duzsuz olmasına diqqət etməlisiniz. Kəsmik püre halına salaraq körpənizi rahatlıqla yedirə bilərsiniz.

Şor sərfəli qiymətə haradan almaq olar?

Süd və süd məhsulları sektorunda xidmət göstərən keyfiyyətli brendlərin istehsal etdiyi, özünəməxsus dadlı kəsmik (şor, tvoroq) məhsullarını münasib qiymət ilə internet mağazamız vasitəsi ilə ünvanınıza sifariş edə bilərsiniz. Şor kəsmik tvoroq məhsulları bu kataqoriya altındadır

Siz dəyərli müştərilərimizə qablaşdırılmış və ya açıq formada təqdim olunan evdə hazırlanmış ətirli kəsmik (şor, tvoroq) məhsullarını mağazamızın Şor kateqoriyasında tapa bilərsiniz. Sifariş versəniz məhsul təhlükəsiz qablaşdırma sisteminə uyğun olaraq qablaşdırıldıqdan sonra qısa müddətdə ünvanınıza çatdırılacaq.

Kəsmik (tvoroq) haqqında 5 faydalı fakt

Kəsmik bodibilderin və istənilən idmançının menüsunda çox vacib və əsas komponentə çevrilə bilər. Kəsmik haqqında 5 vacib fakt onu öz rasionunuza salmağınızla bağlı qərar verməyə kömək edəcəkdir.

  1. Kəsmik nədir?

Pendirin yumşaq və sərt növləri var. Kəsmik və ev pendiri yumşaq pendirlərə aiddir. Kəsmik çox sadə yolla süddən hazırlanır. Bundan başqa, onu digər pendirlərlərdən fərqli olaraq pressləşdirmirlər və uzun müddət saxlamırlar. Kəsmiyin əsas xüsusiyyəti – tərkibində süd zülalı olan kazeinin çox olmasıdır.

  1. Kəsmiyin tərkibi

Bir qab (200 q.) 1% yağlılığı olan ev kəsmiyinin tərkibində 163 kalori, 28 q. zülal, 6 q. karbohidrat, 2 q. yağ vardır.

  1. Kəsmik ilə qidalar

Kəsmiyin dadlı olması üçün onu təzə və ya donu açılmış təzə-təzə dondurulmuş giləmeyvələr ilə süfrəyə qoymaq olar. Həmçinin acı ədviyyatlar və təravətli otlar əlavə etmək olar. Acı ədviyyatlar vurulmuş kəsmikdən toyuq ilə buterbrodlarda bir inqrediyent kimi istifadə etmək olar.

  1. Kəsmiyi düz yuxudan əvvəl yemək lazımdır.

Kazein – bütün zülal növlərinin ən ləng olanıdır, buna görə də bütün gecə sizin orqanizminiz aminturşuları və zülal peptidləri ilə qidalana biləcəkdir. Həmçinin kəsmik günün ikinci hissəsində qəlyanaltı zamanı lazım olacaqdır, xüsusən də qarşıdan məşq gəlirsə.

  1. Kəsmik – kazeinin təbii mənbəyidir.

Onu tərəvəz salatlarına, tuna balığı və dəniz məhsulları ilə olan salatlara əlavə edin. Kəsmiklə makaron üçün sous da hazırlamaq olar. Bunun üçün eyni tərkibli kütlənin alınmasınadək kəsmik ilə bir az süd qatın və bu kütləni makaronun üzərinə tökün.

Azərbaycanda şor ənənəsi

Azərbaycanda xalq arasında kəsmik hazırlamaq üçün təzə sağılmış südə bir qədər qatıq əlavə edilir və ocağa qoyulur, süd qaynama dərəcəsinə çatanda kəsilir (çürüyür). Hazır məhlulu torbaya töküb süzürlər. Azərbaycanın bir sıra rayonunda dələmədən də kəsmik hazırlanır. Kəsmiyin sənaye istehsalı üçün süd turşusu bakteriyaları ilə süd mayalandırılır və zərdab kənar edilir.

Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür. 100 q yağlı kəsmiyin kaloriliyi 230 kkal-dir (960 kc). 1 kq belə kəsmik yağlılığı 3,0—3,5% olan 5,9—6,9 kq süddən hazırlanır. Hazırda 55 növdən artıq kəsmikli məmulat (kəsmikli tort, krem və s.) istehsal edilir.

Kəsmik (tvoroq) körpələr üçün faydalıdır

6-7-ci ayda südəmər yaşda uşağın kəsmik qəbul etməsi çox faydalıdır. Uşaq üçün yalnız xüsusi uşaq qidası kimi nəzərdə tutulan kəsmik istifadə etmək olar. Kəsmik ilk dövrlərdə ½ çay qaşığı həcmində qəbul edilməli, sonra isə bu, tədricən bir dəfəyə qida qəbulu üçün 30 q-a qədər artırıla bilər. Bu adətən günorta yeməyi porsiyasıdır. Bu yemək meyvə püresi ilə xüsusilə dadlı ola bilər.

Şorun pəhriz və qidalanmada rolu

Şor. Nəinki idmançılar, həmçinin sağlam qidalanmaya üstünlük verən insanların gündəlik qida rasionunda şor olmalıdır. 100 qram şorun tərkibində 28 qram təmiz zülal var. Şorun digər üstünlüyü isə onun tərkibində eyni zamanda həm asan, həm də çətin həzm olunan zülalların olmasıdır.

Qatıqdan şor-kərə hazırlanır. Nehrədə və ya qatıq çalxayan maşında çalxanmış qatığın yağı götürüldükdən sonra ayran vam odda qaynamağa qoyulur. Qaynara düşən vaxt içərisinə azca duz əlavə olunur. Cürüyəndən sonra soyumaq üçün yerə qoyulur. Sonra torabaya tökülür. Suyu süzüləndən sonra dənər-dənər olan şor ayrı qaba yığılır. Şor iki cür olur: duzlu, duzsuz. Duzlu şor hazırlamaq üçün təzə süzülmüş şorun içərisinə üzlü pendir ovulmuşu qatılır. Duzlu şordan şəhər yeməyi vaxtı istifadə olunur. Duzsuz şorun müalicəvi əhəmiyyəti var. Qan azlığında duzsuz şordan istifadə olunur.

Şor-kərə, bal-kərə, yumurta-kərə qüvvəli səhər yeməkləridir. Dədə-babadan bal-kərə dürməyi qola qüvvət, dizə taqət gətirir.

Azərbaycanın bir çox bölgələrində, o cümlədən Aran rayonlarında şor suyunu atmırlar. Şəkər xəstələri şor suyundan 1 stəkan içməklə onu nizamlamağa çalışırlar. Bundan başqa, şor suyundan çörək bişirilməsində istifadə olunur. Şor suyu ilə bişirilən çörək həm daha dadlı, həm də daha yumşaq olur.
Dünyanın bir çox ölkələrində isə şor suyu ilə yanaşı, pendir suyunu da atmırlar və ondan şəfalı məqsədlə üçün istifadə edirlər.

Orqanik.az saytı şor və pendir suyunun faydalarını təqdim edir.

  1. İmmuniteti gücləndirir.
  2. Şəkər xəstəliyindən əziyyət çəkənlərə çox müsbət təsir edir.
  3. Minerallarla zəngindir.
  4. Mədəyə xeyirlidir.
  5. İshalın qarşısını alır.
  6. Əzələləri gücləndirir.
  7. Xolestrolu nizamlayır.
  8. Təzyiqi aşağı salır.
  9. Tərkibində bol kalsium var.
  10. Xroniki yorğunluğu aradan qaldırır.
  11. Stresi azaldır.
  12. Dərini nəm və parlaq edir.
  13. Sümükləri gücləndirir, sümük əriməsinin qarşısını alır.
  14. Antibiotik təsiri bağışlayır.
  15. Qış aylarında balla qarışdırılıb içiləndə qripə qarşı qoruyur.
  16. Uşaqların boyunun uzanmasına kömək edir.
  17. Bağırsaqlara müsbət təsir göstərir.
  18. Bitkilərin dibinə tökdükdə tez böyüməsinə səbəb olur.
  19. Toyuq və cücələrə su əvəzinə verdikdə inkişafına kömək edir.
  20. Arıqlamağa kömək edir.
  21. Vitaminlərlə zəngindir.
  22. Qaraciyəri təmizləyir.
  23. Mikrobların qarşısını alır.
  24. Dişləri gücləndirir.
  25. Kosmetik maska kimi də istifadə oluna bilər.

Kəsmik və Şorun Hazırlanma Qaydası

Kəsmiyin evdə hazırlanma qaydasının reseptini bir neçə oxucum xahiş etmişdi. Nəhayət ki, resepti buraya yerləşdirə bildim. Məndən sizə bonus hədiyyə isə – kəsmikdən şorun hazırlanma qaydası.

2-3 istəkan kəsmik üçün

Lazım olan ərzaqlar:

8 stəkan yağlı süd (2 litr)
2 stəkan qatıq

Lazım olan avadanlıq:

Təmiz qazan
2-3 qat tənzif/cuna (qalındırsa bir qat da kifayətdir)
Süzgəc

Kəsmiyin Hazırlanma Qaydası:

Tənzifi süzgəcin üstünə açın.

Südü qazana töküb orta odda arada qarışdıra-qarışdıra qaynadın. Qaynayan kimi, qatığı buraya əlavə edin. Arada qarışdırın. Bir neçə dəqiqədən sonra süd kəsilməyə başyayacaq. Qazanın üstünə qalxan kəsmikdir.

Yavaşca qazanın içindəkiləri tənzifin üstünə tökün. Qoyun kəsmiyin suyu tamamilə süzülsün. Kəsmiyi əlinizlə sıxıb əzməyin. Tənzifin uclarını birləşdrib bağlaya, bə onu bir yerə asa bilərsinizi ki, su daha rahat və tez süzülsün. Kəsmik hazırdır. Diqqətli olun, kəsmiyi çox qurutmayın. Çox qurutsanız, onda kəsmik şor olar. Kəsmiyi soyuducuda 1 həftəyədək saxlamaq olar.

Şorun Hazırlanma Qaydası:

Şor kəsmiyin bir qədər quru növüdür. Bir növ ovxalanan pendirdir. Şor hazırlamaq üçün, tənzifdə suyu süzülmüş olan kəsmiyi tənzifə sarıyın. Üstünə ağırlıq (məsəl üçün, qazan) yerləşdirin. Bir müddət sonda kəsmik bərkiyib şora dönəcək. Şoru soyuducuda saxlayın.

Şor haqqında qaynaq

Kəsmik tvoroq haqqında qaynaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.