Şabalıd Qabıqlarını Atmayın! Şabalıd Qabığının Bilinməyən Faydaları

Qış aylarının əvəzolunmaz qəlyanaltısı olan şabalıdın ürək sağlamlığını qorumaqdan bağırsaqların təmizlənməsinə qədər bir çox faydası olduğunu bilirdinizmi? Qabığı qədər faydalı olan şabalıdın qabığı soyulur və yeyilir, sonra qabıqları zibilə atılır. Zibilə atılan şabalıd qabığının isə faydaları saymaqla bitmir. Bəs, şabalıd qabığı necə istifadə edillməlidir? Evdar.az zibilə atılan şabalıd qabığının faydaları haqqında araşdırmanı təqdim edir.

Soyuq havalarda küçə ləzzətlərinin tacı olan şabalıdın lif və qida dəyəri baxımından sağlamlığa böyük faydaları var. Qabıqlarından ayrılaraq istehlak edilən şabalıdın tərkibində yüksək miqdarda protein və karbohidrat var. Maqnezium, dəmir və fosfor kimi mineral mənbələrlə də zəngindir. Qabıqlarının da çox faydalı olduğu bilinən bu qida bir çox sahədə istifadə edilir.

Şabalıd Qabıqlarının Suyu Şəfadır!

Şabalıd qabıqlarını suda qaynadıb suyundan faydalana bilərsiniz. Bu suyun faydaları aşağıdakı kimidir:

  • Qan sistemində orqanizmin su səviyyəsini yaxşılaşdıraraq qan azlığına yaxşı təsir edir və qan dövranını sürətləndirir. Beləliklə, varikoz damarlarının əmələ gəlməsinin qarşısını alır.
  • Əqli və fiziki yorğunluq üçün çox yaxşı olduğu bilinir.
  • Eyni zamanda, qaynadılmış şabalıd suyu qızdırmasalıcı xüsusiyyətlərə malikdir.
  • Hər 100 qramında kifayət qədər C vitamini var. Bundan əlavə, şabalıdda olduğu kimi natrium, kalium, zülal və şəkər ehtiva edir.
  • Xolesterolu və qan təzyiqini tənzimləyir.
  • Xərçəng riskini azaldır.

Uşaqların İştahasını Açır

Məlumdur ki, qida dəyəri güclü olan şabalıd qabıqlarını püre halına salındıqdan sonra balla qarışdırıb 1 yaşdan yuxarı uşaqlara vermək iştahsılığı olan uşaqların iştahını artırır.

Keçəlləşmə Probleminin Təbii Həlli!

Görünüşünüzlə yanaşı sağlamlığınıza da fayda verən şabalıd qabıqları saçlarınızı gur, sağlam və canlı göstərir.

Saç sağlamlığı üçün şabalıd qabıqlarından istifadə üsulu:

Təxminən 100 qram şabalıd qabığı qaynadıldıqdan sonra bir müddət soyumağa qoyulur və alınan su ilə saçlar yuyulur. Şabalıd suyuyla yuyulan saçları 1 saat gözlədikdən sonra təmiz suyla durulayın.

Şabalıdları bişirərkən çətinlik çəkirsiniz? Bişirdiyiniz şabalıdların qabıqları istədiyiniz kimi asan soyulmur? Bu kimi sualları cavab tapmaq üçün bu məqaləni oxuyun.

Şabalıddan hazırlanan ən dadlı reseptlər:

Bu yazı Xəbərlər kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.