Qabları yuyanda bir çox qadınların etdiyi 4 SƏHV

Qab yumaq qadınların gündəlik işidir. Lakin bir çox qadınlar bu çətin olmayan işi icra edəndə bəzi səhvlərə yol verirlər ki, bu səhvlər sağlamlığa ziyan vurur.

1. Qabyuyan vasitəsinə qənaət edin

Bu həm büdcəniz, həm də sağlamlığınız üçün faydalıdır. Qabyuyan vasitələrinin tərkibində müxtəlif insan sağlamlığına ziyan vura bilən kimyəvi maddələr var. Odur ki, qabları yuyanda çalışın bu vasitələrdən lazım olandan çox istifadə etməyin. Həmçinin qabları axar suyun altında yaxşı-yaxşı  yaxalayın.

2. Qabyuyan süngəri tez-tez dəyişin

Mütəxəssislər xəbərdarlıq edir ki, qabyuyan süngər mətbəxdə ən çirkli əşyadır. Qabları yuyandan sonra süngərin özünü yaxşı yuyun və qurudun. Orqanik.az bildirir ki, qabyuyan süngər hər 5-7 gündən bir təzələnməlidir.

3. Qabları yuyandan sonra moykanı yumağı unutmayın

Amerikalı alimlər araşdırma zamanı aşkar ediblər ki, bir çox evlərdə moykalarda mikrobların sayı  unitazda olandan daha çoxdur. Bunun səbəbi moykaların müntəzəm olaraq yuyulmamasıdır. Qabları yuyub qurtarandan sonra mütləq moykanı və ona bitişik olan səthləri yuyucu vasitə ilə yaxşı yuyun.

4. Qabları isti su ilə yuyun

Bəzi qadınlar əllərini korlamamq üçün qabları soyuq suda yuyur. Lakin bu səhvdir.

Mütəxəssislər qeyd edir ki, yuyucu vasitələr isti suda daha effektlidir və qabları daha yaxşı təmizləyir. Soyuq suda yuyulan qablar isə yaxşı yuyulmur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.