“Omikron” ştammının müxtəlif səthlərdə təsir müddəti

“Omikron” ştammı müxtəlif səthlərdə müxtəlif müddətdə canlılığını qoruya bilir.

Bu barədə Rusiyanın “Vektor” Araşdırmalar Mərkəzindən bildirilib.

Mərkəz eyni şəraitdə (nisbi rütubət 30-40 faiz və temperatur 26-28 dərəcə) metal, plastik, keramik plitələrdə və distillə edilmiş suda virusun canlılığını müəyyən etmək üçün təcrübələr aparıb.

“Müəyyən edilib ki, virus ən tez keramika üzərində – 24 saatdan az müddətdə təsirsiz hala gəlir”, – deyə hesabatda bildirilir.

Vektor əlavə edib ki, ən effektiv dezinfeksiya üsulu dezinfeksiyaedici vasitələrdən istifadədir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.