Omikron insana yeməklə də keçir – İmmunoloq alim

Omikron ştammı insana yeməklə də yoluxa bilir.

Orqanik.az xəbər verir ki, bunu immunoloq Vladimir Bolibok bildirib.

Həkimin sözlərinə görə, yeni Omikronla insan yemək yeyərkən və yeməyin özündən də yoluxa bilər.

Məsələ bundadır ki, Omikron ərzaq, qidaların üzərinə çöküb, orda uzun müddət qalır. Xüsusən dondurulmuş, soyuq qidalar, dast-food yeməyi, içkilər, meyvələr və s.

“Çin mütəmadi olaraq ölkəyə daxil olan ərzaq məhsullarını kovidə görə yoxlayır. Onların hesabatlarında virusun qida üzərində hətta 2-3 gün qalması barədə məqamlar var. Ona görə hökumət bütün qida məhsullarının tam dezinfeksiyasını həyata keçirib sonra buraxır”, – deyə immunoloq açıqlayıb. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.