“Kim deyir ki, Omikron pandemiyanın sonu olacaq?” – Məşhur alim ÜST-ü təkzib etdi

COVID-19-un “omikron” ştamı pandemiyanın son mərhələsi sayıla bilməz.

Orqanik.az publika.az-a istinadən xəbər verir ki, bunu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qintsburq “Rossiya 1″ telekanalının efirində bildirib.”Mən bunun son mərhələ olduğunu güman etmirəm, bu fikir tamamilə yanlış olardı. COVID-19 patogenlərinin sonsuz sayda yeni variantları ortaya çıxır” – mərkəz direktoru deyib.
Qintsburqun sözlərinə görə, pandemiyanın nəticələri ilə mübarizə hələ də davam edir. Bir sıra virusoloqlar da eyni fikri dəstəkləyirlər. Belə ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kafedra müdiri Vitali Zverev bildirib ki, “omikron” pandemiyanın son mərhələsi olmayacaq, lakin ondan sonra koronavirusa yoluxma halları azalacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, “omikron” ilə Avropada koronavirus pandemiyası sona çata bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.