Your Cart
Bağırsaqları təmizləyən yeni metod – Kətan toxumunun faydaları

Kətan toxumu yağı faydaları

Kətan toxumu yağının faydaları nələrdir? Kətan yağını necə istifadə etmək olar, nəyə faydalıdır? Zəyərəkyağı necə olur?

Kətan toxumu faydaları:

  • Xolesterini aşağı salmağa kömək edir
  • Həzm sistemini dəstəkləyir
  • Xərçəng riskinin azaldılmasına töhfə verir
  • Qan şəkərini balanslaşdırır
  • Dəri sağlamlığı üçün yaxşıdır
  • Tox saxlayır
  • Qəbizliyə xeyri var
  • Qan təzyiqi balansının tənzimlənməsində faydalıdır
Kətan toxumu yağı faydaları
Kətan toxumu yağı faydaları

Təbiətin möcüzəvi bitkilərindən biri olan kətan bitkisindən əldə edilən zəyərək toxumu yağ kimi də istehsal olunur. Böyük qida tərkibinə malik olan ketan yağı müntəzəm olaraq istifadə edildikdə, orqanizmi gümrah saxlayır və bir çox xəstəliklərə şəfa verir. Dəridə müalicəvi xüsusiyyəti də olan zəyərək yağının faydaları nələrdir? Kətan yağı necə istifadə olunur, nə edir? Sizi maraqlandıranları məqaləmizdə tapa bilərsiniz.

Kətan toxumunun faydaları saymaqla bitməz! Xəstəliklərdən xilas olmaq, sağlam həyat yaşamaq üçün bağırsaqları qalıqlardan, nəcis daşlarından və parazitlərdən təmizləmək lazımdır. 70 il ərzində insan bağırsaqlarından 100 ton yemək və 40 min litr maye ötürülür.

Kətan toxumunun faydaları bağırsaq təmizliyi:

Bağırsaqlar daimi işlək həyati funksiyaları yerinə yetirərkən istər istəməz zəhərli qalıqları olan 15 kq-dan çox nəcis daşları yığılır və bunlar da tədricən qanımızın zəhərlənməsinə səbəb olmaqla vücudumuza bərpa olunmayan zərər yetirir.

Kətan toxumunun faydaları
Kətan toxumunun faydaları

Çirklənmiş bağırsaqlar tez-tez qəbizliyə səbəb olur, maddələr mübadiləsinin pozulmasına, şəkərli diabet, allergiya, artıq və ya çatışmayan çəkiyə, orqanizmdə filtr rolu oynayan böyrək və qara ciyərin xəstəliklərinə, eşitmə və görmə xəstəliklərinə, dəri, dırnaq, saç çatışmazlığına, sistem xəstəliklərinə, artritdən tutmuş xərçəng xəstəliklərinə qədər şərait yaradır.
İmalə etməklə yalnız yoğun bağırsağın kiçik bir hissəsini(40-50 sm) təmizləmək mümükündür. Bağırsaqların xüsusi cihazların köməyi ilə yuyulması isə kifayət qədər bahadır, vaxt aparır və bağırsaqların mikroflorasına zərər verir.

Kətan toxumundan hazırlanmış xüsusi undan 1-3 xörək qaşığı daxilə qəbul etmək yoğun və nazik bağırsaqların çoxillik nəcis daşlarından və qalıqlardan, eləcə də parazitlərdən 3 həftə müddətində tam təmizlənməsinə səbəb olur. Orqanik zəyərək toxumu bağırsaqların mikroflorasının tamlığına heç bir zərər yetirmədən bağırsaqları təmizləyir.

Orqanik kətan toxumu unu

Diqqət!

KƏTAN TOXUMU YAĞI NECƏ İSTİFADƏ EDİLİR?

Kətan yağı yeməklərdə rahatlıqla istifadə edilə bilər. Burada kətan yağını qızartma yağı kimi istifadə etməməyə diqqət etməlisiniz. Bunun xaricində qəlyanaltılarınıza, salatlarınıza, yulaflarınıza və qatıqlarınıza əlavə edərək ləzzət ala bilərsiniz. Ketan yağının istifadə edildiyi digər sahə isə dəri sağlamlığıdır. Kətan toxumu yağını dərinizə çəkərək masaj edə bilərsiniz. Baş dərisi üçün kətan yağı da istifadə edə bilərsiniz.

KƏTAN TOXUMU NECƏ İSTEHLAK EDİLİR?

Kətan toxumunu çiy istehlak etməmək faydalıdır. Çiy və ya yetişməmiş kətan toxumlarında toksinlər ola bilər. Bişirəcəyiniz yeməklərə kətan toxumu qatmayın. Bunun əvəzinə zəyərək toxumlarını səhər yeməyinə qoyub, qatıqla qarışdırıb və ya salatlarınıza əlavə edərək istehlak edə bilərsiniz.

KƏTAN YAĞINI DƏRİYƏ ÇƏKMƏK OLARMI?

Kətan toxumu yağı dəri sağlamlığı üçün evdə tətbiq edə biləcəyiniz bitki mənşəli müalicə üsullarından biridir. Ketan yağı təkcə dəri üçün faydalı deyil, eyni zamanda sedef, ekzema və qaşınma kimi gündəlik həyatı mənfi təsir edən dəri xəstəliklərinə də xeyirlidir. Bundan əlavə, sızanaq və sızanaqların əmələ gəlməsinin qarşısını alır, dəri ləkələrinin sağalmasını təmin edir. Kətan yağının dəriyə istifadəsi üçün pambıq köməyi ilə və ya əlinizdə masaj edərək bir neçə damcı yağ çəkə bilərsiniz.

Kətan toxumu
zəyərək toxumu

Orqanik kətan toxumu ilə təmizlənmə üsulu artıq çəkinin qısa müddətdə normallaşmasına və artıq yağların yanmasına şərait yaradır. Orqanik kətan toxumu unu zəhərli maddələrin, şlakların orqnizmdən çıxarılmasına və sorulmasına qadirdir, həm də qanda xolesterinin səviyyəsini aşağı salır. Orqanik zəyərək toxumu, parazitlər əleyhinə geniş təsir gücünə malikdir, helmintlərin çoxlu formalarına, göbələklərə, viruslara öldürücü təsir etmək qabiliyyəti var. Orqanik zəyərək toxumu həm də lipid mübadiəsinin dövriyyəsinə müsbət effekt göstərir.

Orqanik zəyərək toxumu istifadəyə göstərişlər:

Yuxarı tənəffüs yolları toxumalarının iltihabi prosesləri, mədə-bağırsaq traktı, qastritlər, kolitlər, mədə və onikibarmaq bağırsaqların xora xəstəlikləri, sidik kanalı xəstəlikləri-pielit, sistit, lipid mübadiləsi pozğunluqları, bədən çəkisi xəstəlikləri.

Profilaktika məqsədi ilə hər gün istifadə etmək çox effektivdir.

Kətan toxumu yağı

Orqanik zəyərək toxumu istifadə qaydası:

Bir dəfə üçün 2-3 çay qaşığı antiparazitik xüsusiyyətləri olan qablarda hazırlanır və yemək üçün bir komponent kimi istifadə olunur.

  • 1-ci həftə:
  • 1 xörək qaşığı zəyərək unu + 100 q smetan və ya qatıq
  • 2-ci həftə:
  • 2 xörək qaşığı kətan unu + 100 q smetan və ya qatıq
  • 3-cü həftə:
  • 3 xörək qaşığı ketan unu + 150 q smetan və ya qatıq.
  • Əgər orqanik kətan toxumu unu tapmaq çətinlik törədirsə, sadəcə apteklərdən ketan toxumu almaq və onu qəhvəüyüdəndə üyütmək lazımdır.

Bu qarışığı səhər yeməyi ilə birlikdə qəbul etmək lazımdır. Bunun sayəsində yoğun və nazik bağırsaqlar qalıqlardan və nəcis daşlarından, eləcə də parazitlərdən tam təmizlənəcək, həmçinin bağırsaqların mikroflorasının tamlığı da qorunacaq. Smetanı istənilən süd məhsulu ilə əvəz etmək olar.

Müalicə dövründə orqanizmin su rejiminə ciddi riayət etmək lazımdır: hər gün 2 litr su içmək tələb olunur.

KƏTAN YAĞININ ZƏRƏLƏRİ

Hər hansı bitki yağı kimi, kətan yağının istifadə miqdarı da çox vacibdir. Həddindən artıq istifadə edildikdə, ishal, qaşınma və dəri səpgiləri baş verə bilər. Zəyərək yağı istifadəsindən zərər görə biləcək qruplar laktasiya edən analar və hamilə qadınlardır. Bu qadınlar istifadə etdikdən sonra hormonal problemlər yaşaya bilərlər. Prostat xərçəngindən müalicə alan insanlar üçün də bu yağdan istifadə etmək tövsiyə edilmir. Həkimlə məsləhətləşmədən istifadə etməməli olan insanlar xroniki xəstəlikləri olanlardır. Bu insanlar həkimin icazəsi ilə ketan yağı istehlak edə bilərlər.

Kətan yağı zəiflədirmi (arıqladır)?

Kətan yağının tərkibindəki yüksək lif, zülal və minerallar insanı gün ərzində tox hiss etdirir. Bu, yemək ehtiyacını azaldır. Bundan əlavə, həzm sistemini tənzimləyir və yağları yandırır. Bu xüsusiyyətləri sayəsində ketan yağının zəiflədici təsirə malik olduğunu söyləyə bilərik. Arıqlama dövrlərində zəyərək yağı istifadə etmək istəyən insanlar yeməkdən əvvəl istehlak edəcəkləri bir çay qaşığı yağla toxluq hissi yarada bilərlər.

hamiləlikdə zəyərək-toxumu, ketan tohumu yağının faydaları, keten toxumu, zəyərək toxumu aptek, katan toxumu azerice nedir, ketan toxumu bakida, kətan toxumu baku, katan toxumu bakı, katan toxumu bakımı, katan toxumu cayi, ketan toxumu dəmləməsi, zəyərək-toxumu faydaları, kətan toxumu faydasi, zəyərəktoxumu faydası, zəyərəktoxumu haqqinda, ketan toxumu haqqında, katan toxumu haqqında məlumat, ketan toxumu harda satılır, kətan-toxumu ilə arıqlama, ketan toxumu ilə arıqlamaq, zəyərəktoxumu ilə maska, kətantoxumu ilə qatıq, kətan toxumu istifadə qaydası, keten toxumu maskası,

katan toxumu necə istifadə olunur, zəyərəktoxumu necə olur, toxumu nedir, toxumu nədi, kətan toxumu nədir, kətan toxumu qiyməti, zəyərəktoxumu satışı, kətan toxumu tərkibi, kətan toxumu unu, kətan toxumu yagi faydalari, ketan toxumu yağı, zəyərəktoxumu yağı faydaları, keten toxumu yağı qiyməti, ketan toxumu yağının faydaları, zəyərək toxumunun faydaları, zəyərəktoxumunun faydası, katan toxumunun istifadə qaydası, katan toxumunun istifadəsi, katan toxumunun qəbulu, ketantoxumunun saça faydaları, kətan toxumunun tərkibi, qatıq və ketan toxumu, qatıqla zəyərək toxumu, çia və kətan toxumu

Kətan toxumunda nə qədər kalori var?

ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, 7 q ağırlığında bir xörək qaşığı üyüdülmüş ketan toxumunun tərkibində:

  • Enerji: 37,4 kalori
  • Zülal: 1,28 q
  • Yağ: 2,95 q
  • Karbohidratlar: 2,02 q
  • Lif: 1,91 q
  • Kalsium: 17,8 mq
  • Maqnezium: 27,4 mq
  • Fosfor: 44,9 mq
  • Kalium: 56,9 mq
  • Folat: 6,09 mikroqram (mkq)
  • Lutein və zeaksantin: 45,6 mkq

qaynaqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa