İnsan neçə saat yatmalıdır? Müxtəlif yaş qrupları üçün NORMALAR

İnsan neçə saat yatmalıdır? Müxtəlif yaş qrupları üçün NORMALAR

Normal yuxu insan sağlamlığında olduqca böyük rol oynayır. Normal gecə yuxusu ürək-damar, endorkin, onkoloji, sinir sistemi xəstəliklərinin riskini azaldır, immun sistemini gücləndirir.

Əksinə isə az yuxu, yuxusuzluq, gecə növbədə işləmək sadaladığımız xəstəliklərin riskini artıran amildir.

Kaliforniya Universitetinin (ABŞ) alimləri sübut edirlər ki, yaşa uyğun normadan az və ya çox yatmaq ziyanlıdır.

“Əgər siz 6 saatdan az yatırınızsa, sizdə soyuqdəymə xəstəliklərinin riski 4 dəfə artır” – mütəxəssislər sübut edirlər.

Həmçinin az yuxu qan təzyiqinə də təsir edir. Ürək və damarların sağlamlığı üçün insan 6-8 saat yatmalıdır. Yuxudan gec duran insanlarda da arterial təzyiqin qalxması riski daha çoxdur.  

Saglamolun.az bildirir ki, ABŞ-ın Milli Yuxu Fondunun məlumatlarına görə insanın yuxu normaları belədir:

Yenidoğulmuşlar (0 – 3 ay): gündə 14 – 17 saat.

Körpələr (4 – 11 ay): gündə 12 – 15 saat.

Uşaqlar (12 ay – 2 yaş): 11 – 14 saat.

Uşaqlar (3 – 5 yaş): 10 – 13 saat.

Məktəb yaşlı uşaqlar (6 – 13 yaş): 9 – 11 saat.

Yeniyetmələr (14 – 17 yaş): 8 – 10 saat.

Cavanlar (18 – 25 yaş): 7 – 9 saat.

Böyüklər (26 – 65 yaş): 7 – 9 saat.

Yaşlılar (65 yaşdan yuxarı): 7 – 8 saat.

Həmçinin mütəxəssislər xəbərdarlıq edirlər ki, daim normada xeyli çox yatan insanlarda (xüsusilə bu yaşlı insanlara aiddir) bu hal ciddi sağlamlıq probleminə işarə edə bilər.

Bu yazı Xəbərlər kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.