İlk tibbi yardım: dilinizi isti çayla yandırmısınızsa… – ÇARƏLƏR

Yəqin ki, hər bir insanın başına gələn xoşagəlməz hadisədir. Qaynar çay və ya qida dili yandırdıqda insan kəskin ağrı hiss edir, dil qızarır, şişir.

Bu halda nə etmək lazımdır?

Sizə ağrını azaltmaq üçün bir neçə çarə təqdim edirik:

1. Soyuducuda soyuq süd və ya yoqurt varsa, onlardan istifadə edin. Dilin üzərində saxlayın və yavaş-yavaş udun.

2. Dilin üzərinə bir az şəkər tozu tökün. Qəribə səslənsə də, bu çox effektli vasitədir. Ağrı tez bir zamanda keçir.

3. Dilin üzərinə bal qoyun.

4. Mentollu saqqız çeynəyin. Mentol ağrını azaldır.

Dilin üzərində suluqlar əmələ gəlibsə, ağrı keçmirsə, mütləq həkimə müraciət edin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.