Eşşək südünün faydaları

Bəziləriniz yəqin, etiraz edib deyəcəksiniz ki,”Eşşək südündən nə fayda?”. Amma elm adamlarının uzun müddət sürən araşdırmaları bir çox xəstəliklərin müalicəsində eşşək südünün əvəzsiz olduğunu təsdiq ediblər.
Eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdanına görə ana südünə ən yaxın süddür. Tərkibində protein və şəkərin miqdarı ana südündəkindən daha çoxdur. İnək südü bəzi körpələrə allergiya verir, amma alimlərin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. Eşşək südü həzmi rahatlaşdırır, kökətmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır.
Amerika, Braziliya, Çili, Fransa, Almaniya, İtaliya, İngiltərə, Çin və bir çox ölklərdə xüsusi fermalarda bu süddən müxtəlif süd məhsulları hazırlayırlar. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır.
Onun orqanizmə aşağıdakı faydaları var:
– mineral çatmazlığını aradan qaldırır
– immun sistemi gücləndirir
– xərçəng riskini azaldır
– astma xəstəliyinin müalicəsində əhəmiyyəti böyükdür
– antibakterial təsirə malikdir
– bronxiti sağaldır
– qara ciyər fəaliyyətini yaxşılaşdırır
– sümükləri möhkəmləndirir
– artıq yağları əridir
– bəlğəmi tamamilə aradan qaldırır
– köpüyünü üzə sürtdükdə sızanaqları yox edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.