Dünyanın ən yaxşı pəhrizlərinin reytinqində İLK yerdə qərarlaşan – Aralıq dənizi pəhrizi

Aralıq Dənizi Pəhrizi (ADP) ardıcıl olaraq 5 ildir ki, “U.S. News & World Report” portalı tərəfindən ilin ən yaxşı pəhriz seçilir. AD pəhrizi həm yaxşı araşdırılıb, həm də bir neçə pəhrizlərin arasında daha çox yağ və az karbohidrat qəbulunu nəzərdə tutan pəhrizdir. Bu da ürək-damar sistemi üçün faydalıdır.

Orqanik.az aztibb.az-a istinadən bildirir ki, həkim endokrinoloq Fərhad Burzu söyləyib ki, diabet xəstələrinə gündəlik sağlam həyat tərzinə dair dərslərin verilməsi qanda şəkər səviyyəsinin nəzarətdə qalmasına müsbət təsir göstərir. AD pəhrizi həmçinin çox sadə olub, diabet və ürək xəstələri üçün ən faydalı pəhriz adını qazanıb.

AD pəhrizinə sağlam qidalanma üçün lazım olan bütün məhsullar daxildir: azyağlı zülallar, bütün taxıllar, meyvə və tərəvəzlər.  Əslində bu pəhrizin ən üstün tərəfi elə ondadır ki, pəhrizdən daha çox sağlam qidalanma tərzidir.

Ümumiyyətlə 2022-ci ilin ən yaxşı pəhriz sıralaması aşağıdakı kimi seçilib:

1. Mediterranean diet – Aralıq Dənizi pəhrizi;

2. DASH diet – DASH pəhrizi (hipertenziyanın qarşısını alan pəhriz);

3. The Flexitarian diet – Fleksitarian pəhrizi (bütün ailəyə uyğun pəhriz);

4. MİND diet – MİND pəhrizi (zehni geriləməyə qarşı);

5. Mayo Clinic diet – Mayo Klinikanın pəhrizi (sağlam qidalanmağı ömürlük vərdiş halına gətirir);

6. TLC diet – TLC pəhrizi (ürək-damar sistemini gücləndirən pəhriz);

7. Volumetrics diet – Volumetric (həcmli) pəhriz (ürək sağlamlığına və diabet xəstəliyində müsbət təsir göstərir);

8. WW (weight watchers) diet – WW (çəki nəzarətçisi) pəhrizi (çəkinin tez azalmasında effektivdir);

9. Vegetarian diet – Vegetarian pəhrizi;

10. Nordic diet – Şimal pəhrizi.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.