COVID testinin cavabının gec çıxmasının səbəbi açıqlandı

“Dövlət xəstəxanalarında test olunmuş xəstə sayı çox olduğundan cavablar müəyyən qədər gecikir”.

Orqanik.az APA-ya istinadən bildirir ki, bunu həkim-infeksionist Vüsalə Yaşar “Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu problem bütün dünyada var:

“Dövlət xəstəxanalarında test olunmuş xəstə sayı ilə özəl xəstəxanada test olunmuş xəstə sayı eyni deyil. Özəl xəstəxanalarda daha az insan test verir. Buna görə də cavablar daha tez çıxır. Xəstə sayı artdıqca nəticələrin alınma müddəti uzana bilər. Həmçinin özəl xəstəxanalarda ekspress test xidməti var ki, onların da cavabı daha erkən verilir” – o, bildirib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.