Bilmədən sağlamlığımızı necə itiririk? Hər gün etdiyimiz SƏHVLƏR

Bəzi doğru bildiyimiz adi şeylər əslində sağlamlığımıza ziyan vurur.

Bir çox insanlar dişlərini səhv təmizləyir.

Belə ki, hər dəfə yeməkdən dərhal sonra dişlərinizi təmizləyirsinizsə, qidanın tərkibində olan turşular dişlərin daha dərin qatlarına daxil olur ki, bu da kariesin riskini kəskin artırır.

Yeməkdən sonra ağzınızı adi su ilə yaxalayın, ən azı yarım saat gözləyin və yalnız bundan sonra dişlərinizi təmizləyin.

Yataq ağlarını yuyandan sonra ütüləmək ehtiyac yoxdur.

Orqanik.az bildirir ki, yataq ağlarının ütülənməsi zamanı onların hiqroskopik (nəmi özünə çəkmək) xüsusiyyəti azalır ki, bu da sağlamlıq üçün faydalı hesab edilmir.

Digər tərəfdən təzə ütülənmiş ağlarda nəmlik qalır. Əgər qadın ütülənmədən dərhal sonra ağları dolaba yığırsa bu nəmişliyin və kif göbələklərinin əmələ gəlməsinə səbəb olur. Kif göbələkləri sağlamlığımız üçün çox ziyanlı sayılır və allergiyadan xərçəngə qədər bir çox xəstəliklər və pozulmaların riskini artırır.

Əgər yataq ağlarını ütüləyirsinizsə, onları ütüləyəndən sonra ən azı 1 saat ərzində otaqda açıq şəkildə sərin və yalnız sonra qatlayıb dolaba yerləşdirin.

Səhər saatlarında evin havasını dəyişmək səhvdir.

Evin havasını dəyişmək mütləq lazımdır. Lakin bunu səhər deyil, axşam və gecə saatlarında etmək lazımdır ki, bu vaxt hava daha təmiz olur.

Hər gün çimmək ziyanlıdır.

Əgər siz mədəndə işləmirsinizsə,  hər gün çimməyin. Su və müasir aqressiv yuyucu vasitələrin gündəlik təsirindən dərinin təbii qoruyucu funksiyası azalır, dəri daha həssas olur, infeksiyaların riski artır, dəri quruyur, çatlayır,  tez qocalır.

Yuxudan duran kimi yatağı yığmaq səhvdir.

Döşək və yastıqlarda allergiyalara səbəb olan toz gənələri yaşayır. Bu gənələr istini və nəmişliyi xoşlayır və belə şəraitdə sürətlə çoxalırlar. Bu səbəbdən səhər oyanan kimi yatağı ən azı 1 saat ərzində havalandırmaq lazımdır ki, gənələr məhv olsun.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.