Beynimiz heyrətamiz bir orqandır. Bütün orqanizmin idarəetmə mərkəzi olmaqla-ürək döyüntünüzü, nəfəsinizi, hər hansı bir hərəkətinizi, düşüncənizi və hisslərinizi idarə edən bir orqandır. Buna görə onu maksimum aktiv, işlək vəziyyətdə saxlamaq önəmlidir. Bəs bunu necə etmək olar?
Yediyimiz hər bir şey beyin sağlamlığına çox təsir edir. Bu məqaləmizdə sizin üçün beyin və yaddaşa faydalı olan qidaları topladıq .
Yağlı balıq.
Hansı qidaların yaddaşı və beyin işini yaxşılaşdırdığına gəldikdə, əvvəlcə yağlı balıq ağla gəlir. Somon, alabalıq və sardina kimi balıqlar yaddaşa və öyrənməyə faydalı təsir göstərən omega-3 yağ turşuları ilə zəngindirlər
Qəhvə.
Səhəriniz bir fincan qəhvə ilə başlayırsa, hər şeyi doğru etdiyinizi bildirməkdən məmnunuq. Qəhvənin tərkibində beyin üçün faydalı olan kafein və antioksidanlar var.
Sarıkök.
Son zamanlarda köri maddəsi olan bu zəngin sarı ədviyyə çox səs-küyə səbəb oldu. Qan dövranını stimullaşdıran sarıkök yaddaşı yaxşılaşdıran məhsullardan biridir.
Brokoli.
Antioksidanlar da daxil olmaqla sağlam maddələrlə zəngindir. Bu məhsulun 100 qramında gündəlik tövsiyyə olunan K vitamininin 100%-dən çoxu var. Bu, yağda həll olunan vitamin sfingolipidlərin əmələ gəlməsi üçün lazımdır – beyin hüceyrələrində olan çox miqdarda yağ növüdür. Bir sıra tədqiqatlar K vitamininin yaddaşı yaxşılaşdırdığını təsdiqləyirlər.
Balqabaq toxumu.
Balqabaq toxumlarında sərbəst radikallarının bədənə və beyinə zərər verməsinin qarşısını alan güclü antioksidanlar var. Həm də maqnezium, dəmir, sink və misin yaxşı bir mənbəyidir.Bəzi qidalar, məsələn meyvə, tərəvəz, çay və qəhvə, beyni zərərlərdən qoruyan faydalı antioksidantlardan ibarətdir.
Digərləri qoz-fındıq,yumurta, yaddaş və beyin inkişafını dəstəkləyən maddələrlə zəngindirlər.
Orqanik.az