Ayaqları, əlləri şişənlər bu çayı içsin – Asan resept

Bədəndə şişkinlik müxtəlif səbəblərə görə meydana çıxa bilər.

Bu hal fizioloji (çoxlu su içmək, çox isti hava, ayaq üstə uzun müddət qalmaq və s.) və ya patoloji (ürək və damar, böyrək xəstəlikləri və s.) ola bilər. Təbii ki, bunu aydınlaşdırmaq üçün həkimə müraciət etməlisiniz.

Xalq təbabətində bədəndə şişkinliklə mübarizə etmək üçün bir çox reseptlər var.

Orqanik.az adi göyərtidən olan resepti təqdim edir:

Bu çay bədəndən artıq mayeni qovub çıxaracaq, təbii sidikqovucudur, ümumi müalicəvidir.

Çay üçün sizə bir dəstə cəfəri lazımdır. Onun kökünü kəsmirsiz, təmiz yuyursuz.

500 ml suyu qaynadıb, 5 xörək qaşığı xırda doğranmış cəfərini bura əlavə edirsiz.

Soyudub, süzün, gündə 3 dəfə için.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.