Ayaqlara necə qulluq etməli?

1. Ayaq göbələyi.
Ayaqdakı göbələklərdən xilas olmaq üçün ayağınızı vanna edəcək suya antiseptik ağızyaxalayıcısı tökün və bu prosesi bir neçə seans təkrarlayın. Bu zaman ayağınızdakı göbələk xəstəliyi tamamilə sağalacaq.
2. Bərkiyib əyilmiş barmaqlar.
Bu kalsium defisiti, artrit və s. zamanı yarana bilir. Ayaq barmaqlarınızın əyildiyini hiss edirsinizsə o zaman barmaqlarınızı gimnastika edin. Mütəmadi ayaq barmaqlarının isti vanna və gimnastika edilməsi barmaqlarda baş verən deformasiyanın qarşısını alır.
3. Mazollar.
Mazol olan hissəyə tünd dezedorant sürtüb selofonla bükmək mazolun yumuşalıb əriməsinə səbəb olur.
4. Ayaq sümüklərində ağrı.
Qırmızı acı bibər blenderdə üyüdülür və vazilenə qatılır. Qarışım ayağa sürtülür və yanğı hissi başlayandan bir müddət sonra silinir. Qarışım ayaqda iltihab səbəbli əmələ gələn ağrıların aradan qalxmasına səbəb olur.
5. Döyənək.
Alma sirkəsinə rəndələnmiş soğan əlavə edilib döyənəklərin üstünə qoyulub salafana bükülür və corab geyinilir .Bu proses döyənək yumşalıb qopana kimi təkrarlanır.
6. Podaqra.
Podaqranın əmələ gəlməməsi üçün qida rasionunuzdan şəkəri çıxarın. Əgər hər səhər yarım çay qaşığı sodanı bir stəkan suya qatıb içsəniz, bu sizin orqanizminizin turşu balansını normallaşdıracaq və podaqranın inkişafını ləngidəcək.
7. Barmaqların arasında mikoz.
Sarımsaq soyulub təmizlənir. Uzununa doğrandıqdan sonra barmaqların arasına qoyulur. Bu barmaqların arasında olan göbələk xəstəliyinin əlamətlərini aradan qaldıracaq və sağalma prosesindən sonra ayalardakı iy aradan qalxacaq.
8. Zədə.
Ayaqlardakı zədələnmə səbəbli baş verən ağrıları aradan qaldırmaq üçün ağrıyan nahiyəyə mentol sürtmək lazımdır. Zədələnmə dərin olduqda isə mütləq həkimə müraciət etmək lazımdır.
9. Qalınlaşmış dəri.
Ayaqlarda olan qalınlaşmış dərini aradan götürmək üçün 2 litr siya 6 xörək qaşığı hidrogen peroksid töküb ayaqları vanna etmək lazımdır. Bu zaman həmin hissə yumşalır və qalın dəri asanlıqla təmizlənir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.