Arıqlamaq üçün bu yağlardan istifadə edin

Pəhriz və idmana baxmayaraq kilo vermə prosesinin yavaş irəlilədiyini düşünürsünüzsə, təbii yağlarla maddələr mübadiləsini sürətləndirə bilərsiniz.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, efir yağları əsrlər boyu bədəni rahatlatmaq, sağaltmaq, həzm və motivasiyanı artırmaq kimi bir çox problemin həllində istifadə olunur.

Araşdırmalar göstərir ki, kilo vermənin qarşısını alan səbəblər arasında stressin böyük yeri var. İnsanlar stress zamanı emosional olaraq yeməyə meyllidir. Yağların aroması beyindəki mərkəzləri aktivləşdirməyə, stressi azaltmağa, qan təzyiqini və nəbzi normallaşdırmağa, diqqəti cəmləməyə və motivasiyanı yaxşılaşdırmağa kömək edir.

Arıqlamağa yardımçı olan təbii yağlar isə aşağıdakılardır.

1. Qreypfrut yağı:

1-2 damla qreyfurt yağını 5-6 damla daşıyıcı yağ (kokos və ya badam yağı) ilə qarışdırın. Bədəninizdə selülit toplanan yeri bu qarışımla ən az 30 dəqiqə masaj edib, su ilə yuyun.

2. Zəncəfil yağı:

1-2 damla zəncəfil yağını 5-6 damla daşıyıcı yağ (kokos və ya badam yağı) ilə qarışdırın. 30 dəqiqə bədəndə yağ toplanan bölgəni masaj edin. Bunu hər gün edə bilərsiniz.

Qara və ya yaşıl çaya 1 damla, meyvə şirələrinə 1-2 damla zəncəfil yağı əlavə edib, səhər yeməyindən əvvəl istehlak edin. Bu maddələr mübadiləsini sürətləndirəcəkdir.

3. Nanə yağı:

1-2 damcı nanə yağını digər efirlərlə qarışdırıb problemli bölgəni 30 dəqiqə masaj edin. Bədəninizi canlandırmaq üçün vannadakı suya 10 damla nanə yağı əlavə edin. Bu gün ərzində sizi daha aktiv saxlayacaq.

4. Limon yağı:

Eyni qayda ilə 30 dəqiqə bədəninizi masaj edin. Bundan başqa pambığa bir neçə damla töküb özünüzə yaxın bir yerə qoyun. Bu gün ərzində yemək istəyini azaldacaq. Duş zamanı 10 damla limon yağından istifadə etmək əzələləri rahatladacaq, əhvalınızı yüksəldəcəkdir.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.