Sağlam qidalanma hər zaman diqqət etdiyimiz məsələlərdəndir. Çalışırıq ki, keyfiyyətli məhsullardan yararlanaq ki, sonradan fəsadlarını yaşamayaq. Düzgün qidalanma həm də boy artımına təsir edir. Bu gün isə bir çox valideynləri narahat edən məqam uşaqlarda fiziki inkişafın ləng getməsidir.
Qida mütəxəssisi Aynur Həsənova deyir ki, sağlam qidalanma bədəndə boy hormonunun sintezini optimallaşdırır. Nəticədə piy və insulinin səviyyəsi tənzimlənir. Mütəxəssisin sözlərinə görə, uşaqlarda fiziki inkişafı ləngidən əsas amil onların kortəbii qidalanmasıdır.
Aynur Həsənovafikrincə ki, müəyyən yaş həddindən sonra da boyun normal həddə saxlanmasını təmin edən və sümüyün möhkəmliyini qoruyan qidalar qəbul olunmalıdır.
Ekspert qidalanmada daha çox badam, yaşıl yarpaqlı tərəvəzlər, süd və süd məhsullarından istifadəni tövsiyə edir. Həmçinin gündəlik idman hərəkətləri də boyatmaya müsbət əsir edir.
Orqanik.az Xəzər Tv-nin videomaterialını təqdim edir:
Orqanik.az