Monthly Archives: Avqust 2022

Şəkərli diabet xəstələri necə qidalanmalıdır?

Şəkər xəstəliyinin əlamətləri aşağıdakılardır:
-susuzluq və aclıq hissi
-tez-tez sidiyə çıxma
-süstlük və yorğunluq
-sürətli arıqlama və ya kökəlmə
-görmənin zəifləməsi
-dəridə quruluğun və qaşınmanın olması
-əl və ayaqda uyuşmalar
-səhər acqarına yoxlama zamanı qanda şəkərin normadan artıq olması
Şəkərli diabet xəstələri daima qidalarına diqqət eləməlidilər. Onlar gündəlik qidalarının tərkibinə nəzarət etməlidirlər. Diabetli xəstələrin qida rasionu C və E vitamini ilə zəngin olmalıdır. Gündəlik qidalarında 2000-5000 mg C vitamini, 800-1200 mg E vitamini olmalıdır. Şəkərli diabetlərin xüsusi qida rasionu olur. Diabetik olub uzun ömür sürmək istəyən hər bir xəstə şəkərsalıcı dərmanlarla birgə aşağıdakı pəhrizə də diqqət etməlidir.
-ağ çörək yerinə kəpəkli çörək yeməlidir
-yeməyin yanında mütləq tərəvəzlər yeməlidir
– meyvələri qabığı ilə yeməli
-paxlaya, loyaya, mərciyə, noxuda süfrədə bol yer verməlidir
-lazimı miqdarda duru yağı və zeytun yağı yeməli
-ağ ətə üstünlik verilməlidir
-yağsız süd və kəsmik yeməli
-kərə yağı, qaymaqdan uzaq durmaq
-şəkər tozu, duz, spirtli içkidən uzaq durmalı
-gündə ən az 8 stəkan su içməli
Gündəlik qidanın tərkibində karbohidratların miqdarı kalorinin miqdarının 50% -nı tutmalıdır. Meyvə və tərəvəzlər qanda xolesteronun miqdarını artmağa qoymadığı kimi ,şəkərin miqdarını da normada saxlayır. Soğan şəkər xəstələri üçün faydalıdır, çünki tərkibində qanda şəkərin miqdarını aşağı salan maddələr var. Brokoli kələmi də tərkibində olan kron mineralı ilə qanın tərkibində olan şəkərin miqdarını normallaşdırır. Şəkər xəstələri yağlı yeməkləri az yeməlidirlər, şirniyyatdan uzaq olmalıdırlar.
Qəbul olunan hər bir qida qanda şəkərin artmasına müxtəlif cür təsir edir. Quru lobya, mərci, yerkökü, bulqur, alma, armud,y ağsız sud, qatıq, makaron, portağalın şəkərin yüksəlməsinə təsiri az,lakin kartof, üzüm, ərik qurusu, əncir, qabaq, ərik, qarpız, yemiş kimi meyvələrin isə qanda şəkərin yüksəlməsində rolu böyükdür.
Şəkərli diabet xəstələri mümkün olduqca qanda şəkərin miqdarını artırmayan qidalar qəbul eləməlidirlər.

Hipertireoz-Bazedov (diffuz toksiki zob)

Hipertireoz-qalxanvari vəzin hiperfunksiyası daha çox 30-50 yaşlarda,qadınlarda kişilərə nisbətən 5-10 dəfə şox rast gəlinir.
Səbəbləri
Xəstəliyin səbəbləri psixi travmalar, infeksiyalar (tonzillit, revmatizm və s.),digər endokrin vəzlərin pozğuluqları (hipotalamo-hipofizar,neyrosekretor sistemlər),irsi meyllilik ola bilər.Qalxanvari vəzin hiperfunksiyası müxtəlif maddələr mübadiləsinin pozulmasına (yağ zülal, karbohidrat,mineral və s.),orqan və toxumaların funksiyalarının pozulmasına səbəb olur.
Simptomları
Simptomları -qalxanvari vəzin böyüməsi,ekzoftalm,tezləşmiş ürək döyünmə,psixi oyanıqlıq,yuxunun pozulması,narahatlıq, tremor, çox tərləmə,arıqlama,əzələ zəifliyi.Ürək-damar sistemi tərəfindən taxikardiya,sistolik təzyiqin yüksəlməsi, diastolik təzyiqin aşağı düsməsi müşahidə olunur.Mədə-bağırsaq tərəfindən qara ciyərin funksiyallarının pozulması, iştahanin artması, diareya qeyd olunur.endokrin sistemi tərəfindən amenoreya,hiperkortisizm müşahidə olunur, səkərli diabet qoşula bilər.Xəstəliyin ağrlıq dərəcəsindən asılı olaraq xəstəlik 3 dərəcəyə bölünür
1-ci-ağırlaşma olmadan
2-ci-qabarıq simptomları ilə
3-cü -qabarıq simptomları və ağılaşmaları ilə
Müalicəsi
Müalicə məqsədilə antitireoid preparatlar təyin olunur:yod preparatları,tiourasil və midazol törəmələri istifadə olunur
3-cü dərəcə zobda cərrahi müdaxilə olunmalıdır.

Angina və farinqo-laringitin təbii vasitələrlə müalicəsi

Boğaz, udlaq və badamcıqlarda ilin bütün fəsillərində patologiyalara rast gəlmək mümkündür. Bu xəstəliklərdən təbii üsullarla müalicə olmaq üçün aşağıdakı qarışımdan istifadə etmək lzımdır:
20 qram evkalipt yarpağı
15 qram kalendula çiçəyi
15 qram sürvə yarpağı
10 qram çobanyastığı çiçəyi
10 qram andız kökü
10 qram biyan kökü
10 qram cökə çiçəyi
10 qram bağayarpağı otu
1 xörək qaşığı bitki yığımını 500 ml suda dəmləıyib, gündə 5-6 dəfə ilıq halda qarqara etmək lazımdır. Yaz aylarında gicirtkən, zəncirotu, şüyüd, ballıca və kasnı yarpaqlarından hazırlanmış salat da boğazdakı iltihab əlamətlərini aradan qaldırır.

Diabetik retinopatiya

Şəkərli diabetdə gözlər 5-10 il sonra zədələnir, ən çox göz dibi- torlu qişa zədəyə məruz qalır.
Simptomları:
Bu zaman göz dibinin xırda damarlarında qan dövranı pozulur. İlk etapda görmə zəifləməyə bilər və xəstə başlanğıcda bunu hiss etməyə bilər.
Siz nə edə bilərsiniz:
Bilmək lazımdır ki, yalnız oftalmoloq göz dibindəki dəyişiklikləri müəyyən edə bilər. Buna görə də müntəzəm həkimə getmək və onun məsləhətlərinə əməl etmək lazımdır.
Həkim nə edə bilər:
Müalicə həkimi sizi okulistə göndərə bilər. Okulist passiyenti ilk dəfə diabetli xəstəni 5 ildən gec olmayaraq müayinə etməlidir. Sonra isə müayinə ildə azı 1-2 dəfə aparılmalıdır. Əlamətləri müəyyən edildikdən sonra xəstə ildə 1 dəfədən az olmayaraq müayinə edilməlidir.
Okulist hamilə olmaq istəyən diabeti olan qadını əvvəlcə müayinə etməlidir. Diaqnoz təsdiq edildikdə hər 3 ayda müayinə aparılmalı, zəruri olarsa hamiləlik kəsilməlidir.
Profilaktikası:
Əsas profilakika şəkərli diabetin stabil kompensasiyasından ibarətdir.

Bitki çayları

Qəbul elədiyimiz hər qidanın orqanizmə bir cür təsiri vardır. Yediyimiz yeməklər, meyvə- tərəvəz bunların hərəsinin özünəməxsus tərkibi bizlərə müxtəlif cür təsir edir. İçdiyimiz çaylar da bədənimizə təsirsiz ötüşmür.Ona görə də qidamıza daıma nəzarət eləməliyik,o cümlədən içdiyimiz çaylara da həmçini.  Gün ərzində bir neçə stəkan çay içdiyimizi nəzərə alsaq belə qənaətə gələrik ki, çay bizim sağlamlığımızda mühüm rol oynayır. Bu gün mən sizə bir neçə bitki çayı haqqında məlumat vermək istəyirəm.
KƏKLİKOTU- xüsusi ətri olan bir bitkidir. Onun çayının da ətri gözəl olmaqla yanaşı antimikrob təsir göstərir. Boğaz infeksiyalarında,ağız gəlməsində çox faydalıdır. Xalq təbabətində mədə və baş ağrılarında istifadə olunur. İnsan orqanizmində göbələk əleyhinə də təsirli olduğu söylənilir. Qanda xolesteronu və şəkəri aşağı salır.
ADAÇAYI antibiotik və antiseptik təsirə malik çaydır. Diş əti xəstəliklərində, diş iltihablarında, ağız yaraları üçün çox faydalıdır. Xalq təbəbətində sakitləşdirici, ağrı kəsici, tər əleyhinə, bəlğəm gətirici kimi istifadə olunur.
DƏFNƏ meyvələrindən dəmlənən çay qadın xəstəliklərinin müalicəsində, doğuş ağrılarının azaldılmasında isifadəsi faydalıdır.
NANƏ çayı gözəl ətri olmaqla yanaşı spazmollitik təsirə malikdir. Ağrıkəsici, sakitləşdirici, qaz çıxarıcı , mədə bulanmasını kəsici təsirə malikdir. Ürəksərinləşdirici təsirə malikdir.
ÇOBANYASTIĞI çayı işlətməkəsici, aybaşı ağrıları əleyhinə, bağırsaq infeksiyalarınin müalicəsində əvəzsizdir.
MELİSSA çayı tərlədici ,qazçıxarıcı, sakitləşdirici təsirə malikdir.
LİMON çayı vitaminlərlə zəngindir. Təzyiqi aşağı salır, həzmi sürətləndirir.
UNUTMAYIN! ƏN BAHALI DƏRMANLAR BİTKİLƏRDƏN HAZIRLANIR.

Dağ xəstəliyi

Dağ xəstəliyi dəniz səviyyəsindən 2000 m yüksəklikdə olduqda atmosfer təzyiqinin aşağı düşməsi ilə bağlı baş verən xəstəlikdir.
Simptomları:
Yüngül formada baş ağrısı, ürəkbulanma, tənəffüsün pozulması, tez-tez ürəkdöyünmə, aktivliyin zəfləməsi və azalması ilə müşayiət olunur. Dəniz səviyyəsindən 3000 m hündürlükdə ciddi vəziyyət yaranır, yuxarıdakı simptomlardam savayı iştahanın pozulması, yuxusuzluq, periodik tənəffüs nəticəsində arabir yuxu ( insan bu zaman müəyyən müddət normal nəfəs alır, sonra 10-15 saniyə dayanır, buna görə o, yuxudan ayılır). Tənəffüs çətinləşir, qusma, tez-tez öskürək, koordinasiyanın pozulması və hüşün itməsi baş verir. Bu zaman insanı aşağı endirmək və ya barokameraya yerləşdirmək lazımdır. Barokamerada süni olaraq yüksək atmosfer təzyiqi yaradılır.
Siz nə edə bilərsisniz:
Dağ xəsətəliyinin qarşısını almaq üçün yüksəkliyə yavaş-yavaş qalxmaq lazımdır. Əgər yüksəkliyə qalxmaq uçuşla bağlı birdən baş verəcəksə xüsusi dərman maddələrindən istifadə etmək lazımdır. Həkim uçuşa 2-3 gün qalmış xüsusi dərman maddələri təyin edəcək. Uçuş zamanı orqanizmdə maksimal mayeni saxlamaq lazımdır, beləki  susuzluq dağ xəstəliyinə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, soyuqda dəniz səviyyəsindən yüksəklikdə tərlə buxarlanma zamanı maye itirilir.
Profilaktik tədbirlər:
Yaşın, fiziki hazırlığın, hər hansı xəstəliyin dağ xəstəliyinə aidiyyatı yoxdur. Əgər kimsə keçmişdə bu xəstəliyə tutulubsa bu o demək deyil ki, o şəxs gələcəkdə bu xəstəliyə tutulacaq və ya əksinə keçmişdə bu xəstəliklə üzləşməyən şəxs də bu xəstəlikdən sığortalanmayıb.

Şüa xəstəliyi

Canlı hüceyrələrə ionlaşdırıcı şüalanmanın təsiri nəticəsində vacib olan bioloji molekul və hüceyrələrin strukturlarında müxtəlif zədələnmələr baş verir. Belə zədələnmələr nəticəsində əmələ gələn xəstəlik şüa xəstəliyi adlanır.
Şüa xəstəliyi müxtəlif növ ionlaşdırıcı şüaların orqanizmə təsiri nəticəsində yaranan xəstəlikdir. Canlı orqanizmə radiasiyanın zədələyici təsirinin müxtəlifliyi aşağıdakılardan asılıdır:
– şüanın növündən
– şüanın təsirindən
– zaman amilindən (təkrar və ya bir-neçə dəfə baş verməsindən)
– şüanın həcmindən.
Şüa xəstəliyi ionlaşdırıcı şüalanmanın dozası 1-10 Qr və daha yüksək olduqda baş verir.
Xəstəlik ağırlıq dərəcəsindən asılı olaraq 4 qrupa bölünür:
1. Yüngül dərəcə – kəskin şüa xəstəliyi.
2. Orta dərəcə – II dərəcəli şüa xəstəliyi.
3. Ağır dərəcə – III dərəcəli şüa xəstəliyi.
4. Çox ağır dərəcə – IV dərəcəli şüa xəstəliyi.
Xroniki şüa xəstəliyi də vardır ki, bu uzun müddət az miqdarda şüa qəbul etdikdə baş verir.
Xəstəlik aşağıdakı əlamətlərlə özünü göstərir:
– qusma
– dəridə səpgilər
– qanaxmalar
– baş ağrıları
– tüklərin tökülməsi
– əldə yaralar
– bağırsaq pozğunlaqları.

Antibiotiklərin orqanizmdə rolu

Mikroflora yalnız biosferanın vacıb olan komponentlərindən biri deyil, eyni zamanda hər bir orqanizmin yaşayış tərzidir. Bu hər bir orqanizmin toxumalarındakı hüceyrələrin təbii baryeridir. Bağırsaq mikroflorası infeksion xəstəliklər zamanı immun sistemin funksiyalarını idarə edir, bioloji maddələrin sintezində iştirak edirlər. Belə ki, orqanizmin müxtəlif hüceyrə və toxumalarında yaşayan mikroorqanizmlərin miqdarı və növləri kəskin surətdə dəyişir. Məsələn, 1 qram ağız suyunda 106-109 vahid maddə, yoğun bağırsaqda isə daha çox mikroorqanizmlər var.
Probiotik sözü antibiotik sözündən götürülmüşdür. Yəni probiotiklər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafını təmin edir. Probiotiklər antibiotiklərdən fərqli olaraq diri mikroorqanizmlərdir. Onların az miqdarda orqanizmə yeridilməsi sağlam uşaqlara müsbət təsir göstərir.
Probiotik dərman preparatlarını bir-neçə qrupa bölmək olar:
1. Diri mikroorqanizmləri olan preparatlar.
2. Normal mikrofloranın struklur elementlərini özündə birləşdirən preparatlar.
3. Funksional qida maddələri. Bu cür qida mddələrinin tərkibində mikrob mənşəli qidalar var.
Metobolik probiotiklər arasında əsas yeri yağ turşuları – sirkə, propion, valerian və izovalerian birləşmələri tutur. Təsdiq olunmuşdur ki, yağ turşuları orqanizmdə bir-sıra funksiyaların yerinə yetirilməsində mühüm rol oynayır, enerji mübadiləsində iştitak edir, normal mikrofloranı tənzimləyir. Bundan başqa yağ turşuları patogen mikroblara qarşı bakteriosid təsir edir, pH balansının saxlanılmasında iştirak edir.
Antibakterial preparatların lazımsız istifadəsi patogen mikroblarla bərabər orqanizm üçün lazım olan mikrofloranın da məhvinə səbəb olur. Nəticədə mikrobioloji, biokimyəvi metobolik proseslər pozulur. Bütün bunların nəticəsində şərti ptogen flora aktivləşir və bəzi mikroblar (stafilokokk, protey, göbələk, göy, yaşıl irin çöpləri ) antibiotiklərə qarşı daha davamlı olurlar. Buna gərə də həkimin göstərişi olmadan və lazım gəlmədikcə antibiotiklərin istifadəsindən uzaq durmaq lazımdır.

Miotoniya (Tomsen xəstəliyi)

Bu xəstəlik nadir xəstəlik olub, çox vaxt irsi və ailəvi xatakter daşıyır. Xəstəlik kişilər və qadınlar arasında eyni dərəcədə tapılır.
Səbəbləri:
Xəstəlik tədricən cərəyan edir, adətən uşaq yaşlarında başlayır. Bəzi xarici səbəblər (infeksiya, travma, soyuqdəymə və s.) xəstəliyin tez aşkara çıxmasına zəmin hazırladığı kimi, xəstəliyin də gedişini sürətləndirə bilər.
Simptomları:
Xəstəliyin əsas əlaməti yığılmış, yaxud bükülmüş əzələlərin çətin boşalması ( açılması) ilə yanaşı, əzələlərin hipertrofiyasından ibarətdir. Belə ki, xəstə hər hansı əl hərəkəti etsə, məsələn, yumruğunu düyünləsə, əlini çox çətimliklə açır. Əzələlər təxminən 25-30 saniyədən sonra açılır.
Bu kimi hərəkət çətinliyi çeynəmə əzələlərində, mimiki əzələlərdə də təsadüf edilir. Məsələn, dişlərini bir-birinə bərk sıxan xəstə çənəsini hərəkət etdirə bilmir, qidanı çeynəməyə başladıqda ilk çeynəmə aktı çətin olur, lakin bir qədər sonra çeynəmə aktı asanlaşır. Xəstə gözlərini bərk yumandan sonra göz qapaqlarını çətinliklə aralaya bilir.
Bir sıra xarıcı amillər ( bərk həyacanlanma, qəfləti xəbər, soyuq suda çimmək) xəstənin hərəkətlərinin tamamilə çətinləşməsinə səbəb ola bilər. İsti su vannaları isə xəstələrə yaxşı təsir göstərir.

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.