1. İçdiyiniz suyun içərisinə çiyələk, limon qatsanız qəbul elədiyiniz su çox dadlı olacaq. Xoşunuza gəlirsə bu suya rozmarin də əlavə edə bilərsiniz.
2. Portağal, laym, limonun hərəsindən bir dilim suya salıb içsəniz suyunuzda olan mikroelementlərin miqdarı artacaq, ətirli və dadlı suya çevriləcək. Adları çəkilən meyvələrin qarışımı olmasa, birindən də suya əlavə eləmək suyun dadını dəyişə bilir.
3. Nanə və ananas dilimi salınmış suyu içmək suyunuzu dadlandırmaqla yanaşı , sizin ürək yanğınızı aradan qaldıracaq və nəfəsinizi təravətləndirəcək.
4. Moruq və laym
Moruq və laym əlavə edilmiş su da çox dadlı olur və orqanizm üçün çox faydalıdır.
5. Böyrütkən və adaçayı suya qatıldıqda sudan xüsusi tam gəlir.
6. Portağal, zəncəfil və ananas
Bu 3 məhsulun qarışımı suda xüsusi bir dadın əmələ gəlməsinə səbəb olur. Qarışım hazırlanıb bankada soyuducuda saxlanılır və lazım olduğu zaman suya əlavə edilir.
7. Qarpız və rozmarin
Qarpız və rozmarin suya qatıldığı zaman qəbul edilən su orqanizmdə köp və şişkinlik əmələ gətirmir.
8. Xiyar və nanə
Bu su dadlı olmağı ilə yanaşı orqanizmə detoks təsiri bağışlayır və sərinləşdirici təsir edir.
Əgər dadlı su içmək istəyirsinizsə, və lazım olan zaman əliniz altında istədiyiniz meyvə yoxdursa o zaman xoşunuza gələn ətirli meyvələrdən buz kubiki düzəldib soyuducuda saxlaya bilərsiniz.
Monthly Archives: İyul 2022
1. Ekstrimal saç düzümü
Kişilər qeyri-adi saç düzümlərindən heç xoşlanmırlar. Onların uzun, təbii saçlardan xoşları gəlir.
2. Həddindən çox makiyaj
Makiyaj üzdə olan qüsurları gizlətmək üçündür. Kişilər qarşılarındakı qadının üzündə çox makiyaj olduğunu gördükdə onun qüsurlu olduğunu düşünürlər. Kişilər çox makiyajdan istifadə edən qadını yox, təbii qadını xoşlayərlar.
3. Qatlama kiprik
Kişilərin qadınlarda ən çox xoşlamadığı görüntü kipriklərinin həddindən çox yuxarıya doğru qatlanmasıdır.
4. Parlaq kosmetika
Heç bir zövqlü kişi parlaq kometik vasitələri xoşlamır.Həddindən çox işlq saçan kosmetik vasitələr onlar üçün iyrənc gürünür.
5. Sarı dişlər
Kişilər söhbət etdikləri qadının dislərinin sarı və nəfəslərinin qoxulu olmasını xoşlamırlar. Bu ən çox həddindən artıq siqaret çəkən, kofe və şərab içən qadınlarda olur.
6. Gigiyena qaydaları
Kişilər gigyena aydalarına əməl etməyən qadınlardan iyrənirlər. İylənən bədən, kirli dırnaq, kirli paltar kişinin qadından uzaqlaşmasına səbəb olan ailərdən biridir.
7. Dəri
Kişilərin qadınlarda qiymətləndirdiyi əlamətlərdən biri dəridir. Həddindən artıq quru və ya həddindən artıq yağlı dəri onları özünə cəlb eləmir.
8. İctimai yerlərdə bəzənmək
Kişilərin qadınlarda xoşlarına gəlməyən xüsusiyyətlərdən biri də qadınların ictimai yerlərdə güzgüyə baxaraq kosmetikadan istifadə etmələridir. Bunun üçün çalışın kişilərlə görüşə gedərkən saçlarınızı və kometikanızı edvə səliqəyə salın.
9. Tünd dodaq boyası
Pomada və dodaqlar qadının ən böyük silahıdır. Kişilər dodaqlarına tünd rəngli pomada sürtən qadınları xoşlamırlar. Bunun üçün sevdiyiniz kişi ilə görüşə gedəndə dodağınızın rənginə uyğun pomada və pomadanın rənginə uyğun qələmdən istifadə edin.
10. Sərt qoxulu ətir
Həddindən çox ətirdən istifadə etmək ətrafdakılara xoş təsir bağışlamır. Hər bir qadın özünə uyğun olan ətirdən istifadə eləməlidir. Qadının istifadə edəcəyi ətir nə qədər zərif və xoş olarsa kişinin bir o qədər xoşuna gələr.
1. Vitaminlərin qəbulu
Multivitaminlərin və bioloji aktiv maddələrin qəbul edilməsi orqanizmin xəstəliklərə yaxalanma riskini azaltmır. Bu dərmanlar insanın yaddaşını və əmək qabiliyyətini yüksəltmir. Bu nəticəyə Amerikada 450 000 adam üzərində aparılan araşdırmalardan sonra gəliblər. Araşdırmalar hətta vitaminlərin qəbulunun orqanizm üçün zərərli ola biləcəyini qeyd edirlər.
2. Tərkibində spirt olmayan antibakterial gel
Antibakterial gellər əllərdə olan müxtəlif növ bakteriya və virusların məhvinə səbəb olur. Amma, tərkibində 60%-dən az spirt olan gellər effektli hesab edilmir. Onıar əlləri təmizləmir, sadəcə olaraq qoxunu aradan qaldırır.
3. Duzun miqdarını azaltmaq
Mütəxəssislər gün ərzində qəbul edilən duzun miqdarının azalmasının orqanizm üçün zərərli olmağını söyləyirlər. Bəzi mənbələr çox duz qəbul etməyin orqanizm üçün zərərli olduğunu deyirlər, amma, gün ərzində 3 qramdan aşağı miqdarda duz qəbulu müxtəlif patologiyaların əmələ gəlməsinə səbəb olur.
4. Orqanizmin detoks edilməsi
Detoks dieti vasitəsilə çoxları orqanizmdən toksinlərin xilas olmağına çalışır. Mütəxəssislər isə orqanzmin özü-özünü təmizləmək qabiliyyətinin olduğunu söyləyirlər. Əgər orqanizmin böyrəkləri və qaraciyəri sağlamdırsa, o zaman detoks çayına heç bir ehtiyac yoxdur.
5. Təbii meyvələr
Xarici ölkələrdən gətirilən və üstünə ” bio” yazılan meyvələrin bioloji təmiz olmasına inanmayın və belə meyvələri qəbul etməkdən çəkinin.
6. Ultradalğalı soba
Ultradalğalı sobada yemək isitmək qidanın tərkibinin korlanmasına sbəb olur. Yeməyinizi isidərkən qaz və ya işıq piltəsindən istifadə edin.
7. Yağlı qidalar
Mütəxəssislər yağdan tamamilə imtina etməyin orqanizm üçün təhlükəli olduğunu söyləyirlər. Yağlar, karbohidratlar orqanizm üçün əvəzolunmazdır. Amma, pəhriz saxlamaq adı altında tərkibində yağın miqdarı çox olan meyvələrdən istifadə eləmək çox zərərlidir.
Bəzən gün ərzində saatlarla idman etmək, dieta saxlamaq orqanizmin arıqlamasına səbəb olur. Bunun isə səbəbi piylənmənin hormonal sistemdə baş verən pozğunluqlarla əlaqədar olmasıdır. Hormonların pozulmasına isə metobolozmdə baş verən dəyişikliklər, orqanizmə daxil olan kimyəvi maddələr, yuyucu tozlar, şampunlar, hətta, kirlənmiş hava da səbəb ola bilir. Aşağıdakı qidalar orqanizmdə hormonların balanslaşmasında çox rol oynayır və hormonlar səbəbindən baş verən piylənmənin azalmasına səbəb olur.
1. Deyilənlərə görə axşam saat 18.00-dan sonra yemək olmaz. Amma, əslində yatmazdan 3-4 saat əvvələ kimi qida qəbul etmək olar.
2. Deyilənə görə qara çörək orqanizm üçün faydalıdır. Amma onun orqanizmə faydası ağ çörəkdəki qədərdir.
3. Deyilənə görə istənilən qədər təzə çəkilmiş şirə qəbul eləmək orqanizm üçün çox faydalıdır. Amma əslində gün ərzində 3 stəkandan artıq təzə çəkilmiş şirə qəbul eləmək olmaz.
4. Deyirlər ki, şokolad yemək fiquranı korlayır və insanı kökəldir. Amma şokolad orqanizm üçün çox faydalıdır və insanı kökəltmir.
5. Deyilənə görə az yemək insanı arıqladır. Amma bu belə deyil, arıqlamaq üçün gün ərzində 5-6 dəfə yemək lazımdır.
6. Gün ərzində 2 litrdən çox su içməyin insanı arıqlatdığı deyilir. Amma bu yalandır, orqanizmin suya ehtiyacı nə qədərdirsə, o qədər də su qəbul eləməlidir.
7. Deyirlər ki, arıqlamaq üçün yağdan imtina etmək lazımdır. Amma, yağdan tamamilə imtina eləmək orqanizm üçün çox zərərlidir.
8. Zeytun yağının az kalorili olduğu düşünülür, amma bu belə deyil. Zeytun yağının tərkibində olan kalori digər yağların tərkibindəki qədərdir. Zeytun yağı orqanizmə digər yağlardan daha faydalıdır.
9. Deyirlər ki, karbohidratlar orqanizm üçün çox zərərlidir, amma zərərli olan sadə karbohidratlardır. Mürəkkəb karbohidratlar orqanizm üçün çox faydalıdır.
10. Deyirlər ki, qəhvəyi qənd orqanizm üçün faydalıdır. Amma əslində bu belə deyil, qəhvəyi qənd ağ qənd qədər orqanizm üçün təhlükəlidir.
11. Ən yaxşı desertin meyvə olduğu söylənilir, amma, meyvəni yeməklər arasında olan məsafə zamanı yemək lazımdır.
12. Deyilənə görə səhərlər nə istəsəniz onu yeyə bilərsiniz. Amma bu belə deyil, ən yaxşı səhər yeməyi zülal, yağ, karbohidrat və lifli qidalardan ibarət olmalıdır.
13. Deyirlər ki, kalorilərdən idman zalında xilas olmaq olur, amma, insan yatanda da, işləyəndə də kalori verə bilir.
14. Deyirlər ki, meyvələr tərəvəzlər qədər orqanizm üçün faydalıdır, amma, bu belə deyil. Tərəvəzlərin orqanizm üçün faydası daha çoxdur. Gün ərzində 4 hissə tərəvəz, 1 hissə meyvə yemək lazımdır.
Bəzi xəstəliklər vardır ki, onlar qanın laxtalıanma qabiliyyətinin çox olmasından əmələ gəlir. İnfarkt, insult, tromboflebit, venaların varikoz genəlmələri, babasil və s. belə xəstəliklərin siyahısında ilk yerlərdə durur. Adları çəkilən xəstəliklərin əmələ gəlməsində qanın laxtalanma qabiliyyətinin yüksək olması səbəb olur. Belə ki, laxtalanmaya meyilli qanda asanlıqla tromblar əmələ gəlir və bu tromblar qan damarlarında asanlıqla hərəkət edirlər. Trombların ürəkdə, beyin damarlarında tıxannıb qalması isə həmin nahiyəyə oksigenin getməməsinə səbəb olur. Tutulmuş nahiyəyə qanın işləməməsi həmin nahiyədə oksigen aclığına səbəb olur və xəstəlik əmələ gəlir.
Mütəxəssislər qoltuqaltı tərləmələrin orqanizmdə olan parazitlər səbəbindən baş verdiyini deyirlər. Son illərin araşdırmaları parazitlərin bəzi qida vasitələri ilə orqanizmı daxil olduğunu qeyd edirlər. Bəzi qida maddələri də parazitlərin artıb-çoxalmasına və bakteriyaların çoxalaraq artıq tərləmə əmələ gətirdiyini təsdiqləyirlər. Son illərə kimi həddindən çox tərləmənin vegetativ sinir sistemi ilə əlaqədar olduğu düşünülürdü. Düzdür, sinir sistemi tərləməyə səbəb ola bilir. Amma son illərin araşdırmaları həddindən çox tərləmələrin mədə-bağırsaq sistemində olan parazitlər səbəbindən baş verdiyini sübut edib. Parazitlər orqnizmdə nəinki hiperhidroza, hətta ən ağır xəstəliklərə səbəb ola bilir.
Mütəxəssislər orqanizmdə müxtəlif xəstəliklərin baş verməməsi üçün bağırsaqlarda parazitlərin olub-olmamasını nəzarət altında saxlamağı məsləhət bilir. Bunun üşün isə ən azı ildə bir dəfə müayinə olunmaq lazımdır. Çünki araşdırmalar hətta xərçəngin əmələ gəlməsində parazitlərin rolu olduğunu sübut etmişdir.
Parazitlər insanın ürəyində kök salıb müxtəlif xəstəliklər əmələ gətirdiyini söyləyirlər. Ürəkdə parazitlərin kök salması qəfil ölümə də səbəb ola bilir.
Parazitlər qadın cinsiyyət orqanlarında müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilirlər. Yumurtalıqların iltihabı xəstəlikləri, fibromioma, mioma, fibroz-kistoz mastopatiya böyrəküstü vəzin xəstəlikləriu, sidik ifrazat sisteminin xəstəliklərinin əmələ gəlməsinə parazit xəstəlikləri səbəb ola bilir.
Parazitlər dərinin vaxtından əvvəl qocalmasına da səbəb olur. Orqanizmdə parazitlərin olmasını aşağıdakı əlamətlərdən bilmək olur:
* həddindən çox tərləmə
* allergiya əlamətləri
* Tez-tez angina, soyuqdəymə xəstəliklərinin baş verməsi
* xroniki yorğunluq
* baş ağrıları
* qəbizlik və ya ishal
* bədəndə ağrılrın olması
* əsəbilik
* tez yorulma
* əsəbilik, yuxunun pozulması
* göz altında tünd rəngli torbaların əmələ gəlməsi
Qadınların əksəriyyətinin yaşı 40-ı ötdükdən sonra onların üzündə tüklər əmələ gəlməyə başlayır. Bu tüklər qadınların hormonal sistemində əmələ gələn dəyişikliklər səbəbindən əmələ gəlir. Hormonal sistemdə baş verən dəyişikliklər tüklərin əmələ gəlməsinə və onların sürətlə böyüməsinə səbəb olur. Tüklərin əmələ gəlməsi qanda estrogenlərin miqdarının düşməsi ilə əlaqədar olur. Tüklər ən çox çənədə və buxaq altında əmələ gəlir və heç də arzuolunan hesab edilmir. Mütəxəssislər bu cür tüklənmənin genetik olduğunu qeyd edirlər. Yəni əgər anada belə tüklnmə varsa onun qızında da olacaq.
Aşağıdakı qarışımdan istifadə etməklə siz dırnaqlarınızın tez uzanmasına və sınmamasına nail ola bilərsiniz. Bu vasitə sizin dırnaqlarınızı möhkəmləndirəcək və dırnaqlarınız arzuladığınız kimi olacaq.
Lazım olanlar:
* qurudulmuş çobanyastığı çiçəyi – 1 xörək qaşığı
* qurudulmuş at pıtrağı – 1 xörək qaşığı
* qurudulmuş dazı otu (qoyunqıran) – 1 xörək qaşığı
* qurudulmuş bağayarpağı – 1 xörək qaşığı
* qaynar su – 1 litr
Bütün bitki quruları qaynar suya salınır və 1 saat dəmlənir. Dəmləndikdən sonra süzülür və bir-neçə damcı efir yağı damdırılır. Sonla əllər bu dəmləmədə 30 dəqiqə vanna edilir və su ilə yaxalanmadan qidalandırıcı krem sürtülür. Bu qayda ilə hazırlanan dəmləmədə əlləri həftədə 4 dəfə vanna eləmək dırnaqları möhkəmləndirir. İstəsəniz vannanı hər gün də təkrarlaya bilərsiniz. Oxuduqlarınıza əməl eləsəniz 2 həftədən sonra dırnaqlarınız möhkəmləndiyinin şahidi olacaqsınız.
Bu portalda yerləşdirilmiş bütü
Rusiyalı kardioloq Tamaz Qaqloşvili Teleqram kanalında infarktların niyə gecə və səhər tez-tez baş verdiyini açıqlayıb və bunu əvvəlcədən bəlli edən əlamətlərdən danışıb.