Monthly Archives: Mart 2022

30 Gündən Sonra Güclü Bədən! Orucun Orqanizmə Faydaları

Uzun sürən aclıq və susuzluğa baxmayaraq, Ramazan ayında 30 gün oruc tutmaq orqanizmin dinamik işinə də fayda verir. Xroniki xəstəlikləri olanlar orqanizmin dincəlməsini və bütün mexanizminin yenilənməsini dəstəkləyən oruc tutmağa xüsusilə diqqətli olmalıdırlar. Orucun orqanizmə faydaları nələrdir? Evdar.az oruc tutmağın orqanizmə faydaları haqqında məlumatı təqdim edir. 11 ayın sultanı Ramazan ayı ilə birlikdə ən çox […]

Ölüm nədir?

Ölüm canlı orqanizmin həyat fəaliyyətinin labüd nəticəsidir. Səbəblərinə görə ölüm patoloji (vaxtından əvvəl) və fizioloji (təbii) olmaqla 2 hissəyə ayırd edilir.
Həddindən artıq qocalmış orqanizmin həyatının labüd surətdə başa çatması fizioloji ölüm adlanır. Fizioloji ölüm həddindən artıq qocalmış canlı orqanizmin bütün həyat funksiyalarının sönməsidir. İnsanlar arasında fizioloji ölümə nadir hallarda rast gəlinir. Adətən insanların həyatı müxtəlif xəstəliklər səbəbindən sona çatır. Lakin bəzi hallarda zahirən sağlam görünən adamın da ölməsi müşahidə edilir ki, buna qəfləti ölüm deyilir. Qəfləti ölümün baş verməsinə gizli keçən və kifayət qədər müalicə olunmayan xəstəliklərin qəfil kəskinləşməsi səbəb olur. Buna aşağıdakı xəstəliklər səbəb olur:
– aorta anevrizmasının partlaması nəticəsində baş verən qanaxmalar
– koronar arteriyaların trombozu ilə əlaqədar olan kəskin miokard işemiyası
– hipertoniya xəstəliyi nətiucəsində beyinə qansızma
– ağciyər arteriyalarının trombozu və s.
Xarici mühitin qeyri-adi təsirləri ilə baş verən ölüm zorakı ölüm adlanır. Bu cür ölümlərə aşağıdakılar aiddir:
– intihar
– məişət travmaları
– nəqliyyat travmaları
– istehsalat travmaları.
Adətən insanlar ya ürək fəaliyyətinin, yad tənəffüsün dayanması ilə əlaqədar olaraq ölürlər. Orqanizmin həyat fəaliyyətində baş verən dəyişikliklərlə əlaqədar olaraq ölümün 2 forması ayırd edilir:
– kliniki ölüm
– bioloji ölüm.
Kliniki ölüm zamanı tənəffüs və qan dövranı dayanlır, reflekslər itir. Bu zaman insanın həyati vacıb daxili orqanları isə öz fəaliyyərtini itirmir. Kliniki ölümün müddəti 5-6 dəqiqəyə qədər ola bilir. Bu zaman şərait olsa xəstəni həyata qaytarmaq mümkün olur.
Bioloji ölüm zamanı isə geriyə dönməsi mümkün olmayan proseslər baş verir və insanın həyatına son qoyulur.

İştaha pozğunluqları

İştaha pozğunluqlarının 3 növü ayırd edilir:
1. İştahanın azalması – anoreksiya.
2. İştahanın artması – bulemiya.
3. İştahanın təhrif olunması – paroreksiya.
Anoreksiya, yəni iştahanın olmaması həzm şirələrinin sekresiyasının pozulması zamanı baş verir. Bu mədə və bağırsaq xəstəliklərinin əsas əlamətlərindən biri hesab edilir. Bundan əlavə bir çox infeksion xəstəliklər, avitaminozlar, mənfi emosiyalar da iştahanın azalması ilə müşahidə edilir. Eksperimental şəraitdə anoreksiya müşahidə etmək üçün heyvanların hipotalamusunun ventrolateral növlərini zədələyirlər. Bu zaman heyvan qida qəbulundan imtina edir və süni surətdə yedirmədikdə tələf olur.
Bulemiya, yəni iştahanın patoloji artması zamanı qida qəbulu hədsiz artır. Bu triotoksikoz xəstəliyi və bəzi maddələr mübadiləsinin pozğunluqları zamanı meydana gəlir. Bundan əlavə bəzi sinir sistemi xəstəlikləri zamanı (nevrozların bəzi növləri, beyin şişləri və s.) da iştahanın artması müşahidə edilir. Hipotalamus nahiyəsinin ventromedial nüvələri zədələnmiş laboratoriya heyvanlarında da iştahanın artması müşahidə olunur.
Paroreksiya dad analizatorları funksiyasının mərkəzi və periferik mənşəli pozulmalarıdır. Bu zaman xəstələr lazım olmayan qida maddələrini yeyirlər (palçıq,kömür,təbaşir və s.).

Hipoksiya nədir?

Hipoksiya orqanizmin toxumalarının oksigenlə kifayət qədər təhciz edilməməsi ilə və ya toxumalarda oksigen sərfinin pozulması ilə əlaqədar olan tipik prosesdir. Hipoksiya oksigen aclığıdır. Oksigenin toxumalara nəql edilməsində iştirak edən funksional sistemlərin hər birinin funksiyasının pozulması hipoksiyanın əmələ gəlməsinə səbəb olur. Nəqletmədə iştirak edən sistemlər aşağıdakılardır:
– xarici tənəffüs sistemi
– qan dövranı sistemi
– qan.
Oksigen daşıyıcı sistemlərin fəaliyyətinin normal səviyyədə olduğu hallarda toxumaların oksigeni kafi dərəcədə sərf edə bilməsi nəticəsində də bəzən hipoksiya yarana bilir.
Hipoksiyanı növlərinə görə 2 yerə bölürlər:
1. Nəfəsalma zamanı havanın təzyiqində oksigenin azlığı səbəbindən əmələ gələn hipoksiya.
2. Orqanlarda baş verən patologiyalar səbəbindən əmələ gələn hipoksiya.
Birinci növ hipoksiya çox vaxt aşağı atmosfer təzyiqin təsirinə məruz qalan orqanizmdə baş verir. Bu əsasən yüksək dağ şəraitində və hermetik olmayan uçuş aparatlarında (təyyarələrdə) oksigenin azalması səbəblərdən meydana gəlir. Hipoksiyannın bu növünə sualtı qayıqlarda, dərin quyularda, ventilyasiyası zəif olan şaxtalarda rast gəlinir.
Ekzogen mənşəli hipoksiya zamanı arterial qanda oksigenin miqdarı azalır. Bu şəraitdə ağciyərlərin kompensator ventilyasiyası pozulur və orqanizmdən çoxlu miqdar karbon qazı xaric olur. Bunun nəticəsində hipokapniya və alkaloz əmələ gəlir ki, bu zaman ürək-damar və qan dövranında patologiyalara səbəb olur. Yüngül dərəcəli hipoksiyalar zamanı prosesin qarşısını almaq mümkün olur.
Havada olan karbon qazının miqdarı çox, oksigenin miqdarı az olduqda isə orqanizmdə hiperkapniya baş verir. Ağır hiperkapniya asidoza və elektrolit balansının pozulması ilə müşayiət olunur. Bu zaman oksigenin hemoqlobinə birləşmə prosesi zəifləyir. Bu zaman isə orqan və toxumaların oksigenlə qidalanması daha da azalır və patoloji hallar meydana çıxır.

Hermofroditizm nədir?

Hermofroditizm doğulacaq uşaqda hər iki cinsin əlamətlərinin olmasıdır. Hermofroditizmin aşağıdakı növləri var:
– əsl hemofroditizm
– yalançı və ya psevdohemofroditizm.
Əsl hermofriditizmə nadir hallarda rast gəlinir. Bu zaman cinsi vəzlərdə toxum və yumurtalıqlarda yumurta olur. Daxili cinsiyyət üzvləri və ikinci cinsiyyət əlamətlərində kişi və qadın tipli əlamətlər üstünlük təşkil edir.
Yalançı hermofroditizm (psevdohemofroditizm) zamanı xarici cinsiyyət üzvlərinin quruluşu cinsiyyət vəzlərinin xarakterinə uyğun gəlmir. Yalançı qadın hermofroditizmdə daxili cinsiyyət üzvləri düzgün quruluşa malik olur. Bu zaman yumurtalıqlar, uşaqlıq boruları və uşaqlıq yolu öz normal yerində olur. Xarici cinsiyyət orqanları isə quruluşuna görə kişi tipli olur. Bu zaman aşağıdakılar müşahidə edilir:
– klitor böyük olur
– böyük cinsiyyət dodaqları xayalara bənzəyir
– uşaqlıq yolu uretra ilə birləşir.
Qadın psevdohemofrodizi isə qlükokortikoidlərin pozulmuş biosintezi ilə əlaqədar olur. Bu zaman adrenogenital sindrom inkişaf edir. Xarici cinsiyyət üzvlərinin inkişaf qüsurları sidik ifrazı kanalı və düz bağırsağın inkişaf qüsurları ilə birgə olur.
Hermofroditizmin olması fərdin ana bətnində olarkən inkişafı zamanı baş verir.
Patologiyaya diaqnoz cərrah ginekoloqlar tərəfindən qoyulur.
Əməliyyat vasitəsilə patologiyanı aradan qaldırmaq mümkündür.

Orqanizmin regenerasiyası

Zədələnmiş toxumaların, orqanların və bədənin ayrı-ayrı hissələrinin bərpa olunması regenerasiya adlanır. Regenerasiya prosesi bütün canlı orqanizmlər üçün səciyyəvidir.
Orqanizmin hüceyrə və toxumalarının normal həyat boyu yeniləşməsi fizioloji regenerasiya adlanır. Həyat boyu orqanizmin bütün toxumaları regenerasiyaya uğrayır. Bunlara aşağıdakıları misal göstərmək olar:
Qan.
Qanda olan hüceyrələr müəyyən həyat dövrü keçdikdən sonra qocalır və parçalanır. Lakin sümük iliyində yeni qan hüceyrıələrinin yaranması sayəsində qanın hüceyrəvi tərkibi mühafizə olunur.
Dəri.
Dərinin epitel örtüyündə buynuzlaşma prosesi gedir – səthi hüceyrələr tələf olub orqanizmdən ayrılır və yenilənir.
Beyin.
Beynin bəzi hüceyrələri bölünmə yolu ilə çoxalır. Bu zaman yaşama dövrü bitmiş hüceyrələr məhv olur və yenisi ilə əvəzlənir (beyinin qanqlioz hüceyrələri və s.).
Regenerasiyanın baş verməsi bəzi toxumalarda çoxalma hesabına, bəzilərində isə orqanoidlərin yenilənməsi hesabına baş verir.
Bəzi hallarda regenerasiya prosesi zədələnmiş toxuma və hüceyrələrdə baş verir. Regenerasiyanın bu növü hüceyrələrin çoxalma qabiliyyəti yüksək olan toxumalar üçün səciyyəvidir.
Regenerasiya prosesinin sürəti və keyfiyyəti bir sıra endogen və ekzogen amillərdən asılıdır. Bu amillərə aşağıdakılar aiddir:
* orqanizmin yaşı
* sinir sisteminin funksional halı
* orqanizmin regenerasiya qabiliyyəti
* endokrin sistemin vəziyyəti
* qan və limfa dövranının vəziyyəti
* patologiyanın ağırlıq dərəcəsi.

Kalium mübadiləsinin pozulması

Kalium orqanizmin əsas hüceyrələrinin daxili kationudur. Hüceyrələrdə onun qatılığı 110-150mmol/l olur. Orqanizmdə kaliumun ümumi miqdrı 150-180 qramdır. Onun 65%-ə qədəri əzələlərdə olur.
Kalium hüceyrələrdən kənar mayelərdə natriuma nisbətən 28 dəfə az, hüceyrədaxili mayelərdə isə 20 dəfə çox olur. İnsan qida maddələrinin tərkibində gün ərzində 4 qrama qədər kalium qəbul edir. Hər gün eyni miqdarda kalium sidik vasitəsilə orqanizmdən xaric edilir. Kalium balansının pozğunluqları orqanizmdə müxtəlif patologiyaların əmələ gəlməsinə səbəb olur.
Kalim mübadiləsinin pozulmaları hipokaliemiya və hiperkaliemiya şəklində özünü biruzə verir. İshal, qusma, sidikqovucu dərmanların uzun müddət istifadəsi orqanizmdən kaliumun azalmasına səbəb olur. Hipokaliemiya hüceyrələrdə də kaliumun miqdarının azalmasına səbəb olur. Belə olan hallarda sinir-əzələ oyanıqlığı pozulur, əzələ zəifliyi, mədənin və bağırsaqların hərəki funksiyasının pozulması, damar tonusunun zəifləməsi müşahidə edilir.
Hipokaliemiya ürək-damar sisteminin müxtəlif patologiyalarına səbəb olur (ürək əzələsinin energetik-dinamik çatışmazlığı).
Hiperkaliemiya çox vaxt kaliumla zəngin qidaların həddindən artıq qəbulu və ya kalium preparatları qəbulu ilə əlaqədar olur. Hiperkaliemiya ağırlıq dərəcəsindən asılı olaraq ürək əzələsində funksional pozulmalara səbəb olur. Bu zaman taxikardiya, aritmiya və hətta kollaps müşahidə edilir. Qanda kaliumun miqdarı 13mmol/l-dən (50mq%)yuxarı olduqda ürək diastola vəziyyətində dayanır.

İdiopatik ödem – Parxon sindromu

Bu xəstəlik özünü oliqodipsiya, oliqouriya, böyrək və ürək xəstəlikləri olmadan ətraflarda ödemin olması ilə səciyyələndirir. Xəstəliyə ən çox qadınlar arasında rast gəlinir. Bu zaman aşağıdakı patologiyalar da meydana çıxa bilir:
– aybaşı tsiklinin pozulmaları
– baş ağrıları
– hiperxolesterinemiya.
Baş ağrılarının əmələ gəlməsinə səbəb beyin qişalarının ödemi, damar patologiyaları və emosional vəziyyət səbəb olur. Xəstəlik piylənmə fonunda və piylənməsiz baş verə bilir.
İdiopatik ödem dövri və daimi olmaqla 2 yerə ayrılır.
Dövri ödemlər çox vaxt aybaşıdan əvvəl baş verir və əksər hallarda bütün bədənə eyni miqdarda yayılır. Bu bədən kütləsinin artması il müşayiət olunur. Ödemlər bədən çəkisinin 3-20 kq arasında artmasına səbəb ola bilirlər.
İdiopatik ödemlər hipotalamus-hipofizar nahiyədə müxtəlif etiologiyalı çatışmazlıqların olduğu zaman meydana gəlir. Mayenin ləngiməsi antidiuretik hormonun və aldosteronun ifraz sintezi, cinsi hormonların çatışmazlığı ilə bağlıdır. Psixi zədə amillərinin də hormonların ifraz sisteminin pozulmasında rolu olduğu danılmır.
Xəstəliyin müalicəsi qida rasionundan karbohidratların və xörək duzunun çıxarılması ilə başlayır. Müalicə zamanı kalium preparatlarından və veroşpirondan istifadə edilir, xəstəyə bromokriptin təyin edilir. Son zamanlar idiopatik ödemlərin müalicəsi zamanı antidepressantlardan da uğurla istifadə edilir.

Bu qidalar zəhərlənməyə səbəb ola bilir

1. İspanaq.
İspanağın tərkibində nitrat var. Nitrat insan orqanizmi üçün təhlükəli sayılmır. Amma bişmiş ispanağı yenidən isitdikdə nitratlar nitritə və nitrozaminlərə çevrilə bilir. Belə olan halda qan dövranında oksigenin daşınmasında problemlər meydana çıxır və uşaqlarda sianoz baş verə bilər. İspanağı təkrar isitməkdən qaçınmaq lazımdır.
2. Göbələk.
Göbələyin tərkibində olan enzimlər, proteinlər və mikroorqanizmlər asanlıqla parçalana bilirlər. Göbələyi normal temperaturda saxlamadıqda tez bir zamanda çürüyə bilir və yenidən isidildikdə isə mədədə narahatçılığa səbəb ola bilir. Amma soyuducunun dondurma gözündə 24 saat saxlanılaraq 70*C-də isidildikdə xəstəliklərə səbəb olmur.
3. Kartof.
Kartof isidildiyi zaman yox ,pis şəraitdə saxlanıldığı zaman orqanizm üçün təhlükə törədir. İsti havada soyuducudan kənarda otaq temperaturunda qalan kartof folqa ilə bükülü qalarsa, botulizm xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilir. Bu şəraitdə qalan kartof isidildikdə zərəri aradan qalxmır. Ona görə də kartofun hansı şəraitdə saxlanılmasına diqqət yetirmək lazımdır.
4. Düyü.
Düyünün yaxşı bişirilməsindən çox, yaxşı saxlanılması vacibdir. Düyü isti havada otaq temperaturunda saxlanılan zaman düyüdə sporlar əmələ gəlir və çoxalır. Bu zəhərlənməyə və qusmağa səbəb ola bilir. Zəhərlənmiş düyü isidildiyi zaman sporlar ölmür.
5. Toyuq.
Yumurtada olduğu kimi, toyuğun da ətində salmonella ola bilir. Bu mikroblar mikrodalğalı sobada istilik toyuğun hər yerinə eyni miqdarda təsir etmədikdə olur. Bunun baş verməməsi üçün toyuq ətini mütləq suda bişirmək lazımdır. Toyuq ətini yenidən isitdikdə isə tərkibində olan proteinlər parçalanır. Parçalanmış proteinlər həzm prosesini ləngidir və mədədə narahatçılıqlara səbəb ola bilir. Buna görə də toyuğu isidən zaman tez-tez çevirmək lazımdır ki, hər yeri yaxşı isinsin.

Kokain və ondan asılılıq

Kokain ağız, burun və ineksiya vasitəsilə venaya daxil edilən maddədir. Bu maddə güclü təsirə malik stimulyator hesab edilir və orqnizmə daxil edildikdə fiziki aktivliyi, əhval-ruhiyyəni artırır. Kokain qəbul edən adam özünü bacaqırlı hesab edir, ona elə gəlir ki, o hər işin öhdəsindən asanlıqla gələ bilər. Kokain qəbul edən idmançılarda qəfil infarkt və ölüm baş verə bilir. Kokain qəbulu zamanı orqanizmdə aşağıdakı simptomlar özünü göstərir:
* arterial təzyiqin artması
* ürək döyüntülərinin artması
* bağırsaqlarda köp
* əsəbi oyanıqlıq
* toxunma halyusinasiyaları
* dəridə qaşınma
* fiziki aktivlik
* eyforiya.
Bir çox narkomanlar kokainin əmələ gətirdiyi əsəbilik əlamətlərini aradan qaldırmaq üçün müxtəlif psixoaktiv maddə və ya spirtli içki qəbul edir.
Kokain orqanizmdə asılılıq yaradan maddələrdən hesab edilir. Gün ərzində kokain qəbul edən adamlarda qısa bir zamanda asılılıq yaranır. Belə adamlar kokaini tərgitmək istədikdə isə onlarda depressiya və adi bir şeyə qarşı əsəbi davranış qeyd edilir. Kokain qəbul edən adamlar onun qəbulunu saxladıqdan bir-neçə gün sonra, onların fiziki və əqli sağlamlıqları geri qayıdır. Bu zaman isə demək olar ki, onların hamısı intihara cəhd göstərir.
Kokainlə müalicə onun əmələ gətirdiyi intoksikasiya əlamətlərinin aradan qalxmasına yönəldilir. Xəstəyə kalium və kalsium duzları, vitaminlər, oksigen terapiyası təyin edilir və trankvilizatortlar, yuxugətiricilər təyin edilir.

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.