Ən gizli xərçəng növü açıqlandı

Mədəaltı vəzin xərçənginin ən böyük təhlükəsi bir çox hallarda onun görünən və ya hiss edilən simptomlarının olmamasıdır.

Orqanik.az xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin Biotibbi Mühəndislik Departamentinin əməkdaşı Rupsa Datta xəbərdarlıq edib.

Mütəxəssisin fikrincə, insanın xərçəngdən sağalmasına kömək edən əsas amil onun diaqnozu və xəstəliyin vaxtında aşkarlanmasıdır.

“Ancaq mədəaltı vəzin xərçəngi çox vaxt çox vaxt gizli olur, aşkar edildikdə isə efektiv müalicə üçün çox gec olur”, – deyə həkim bildirib.

Belə insanların yalnız 10 faizində sağ qalma nisbəti beş il olur, xərçəng bədənin digər hissələrinə yayıldıqda isə bu göstərici heç üç faiz də olmur.

Tədqiqat sayəsində məlum olub ki, mədəaltı vəzi xərçəngi yaxınlıqdakı qeyri-xərçəng hüceyrələrini “əsarət altına almağa” meyllidir, hansı ki, onu qida maddələri ilə təmin etməyə başlayır, buna görə də xəstəlik yayılır. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.